UFC-nin sabiq çempionu, irlandiyalı Konor Makqreqor Milli Basketbol Assosiasiyasının (NBA) “Denver” - “Mayami” komandaları arasında keçirilən oyun zamanı qadına qarşı cinsi təcavüz etməkdə ittiham edilir.
Polisə müraciət edən qadın şikayətində yazıb ki, irlandiyalı döyüşçü mühafizəçilərinin köməyi ilə onu basketbolçuların istifadəsi üçün nəzərdə tutulan tualetə salıb və qadını sekslə məşğul olmağa məcbur edib.
Lakin qadın dirsəyi ilə onu qarın nahiyəsinə zərbə endirərək oradan uzaqlaşa bilib.
Artıq insidentlə bağlı “Mayami” klubu açıqlama yayaraq iddianın ciddi şəkildə araşdırıldığını qeyd edib.
“Biz hadisədən xəbərdarıq və araşdırma aparırıq. Nəticələr məlum olana qədər əlavə şərh verməkdən imtina edirik”, - “Mayami” basketbol klubunun açıqlamasında vurğulanır.
Öz növbəsində UFC-də zorlanma ittihamını araşdırdığını açıqlayıb.
Konor Makqreqorun nümayəndələri isə iddiaların yalan olduğunu bildiriblər.
Mənbə: TMZ