Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri həm Rusiya, həm də Türkiyə tərəfinin planlarında var, Moskva və Ankara vaxtla bağlı hələ razılaşmayıb.
Bunu jurnalistlərə Rusiya Federasiyası prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov deyib.
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla təmaslara gəlincə, mən təsdiq edə bilərəm ki, həm Türkiyə, həm də Rusiya tərəfinin prezidentimizin Türkiyəyə səfəri ilə bağlı planları var, lakin biz hələlik konkret tarixlər, barədə razılığa gəlməmişik”, - o deyib.
"Avqust ayı qeyd olundu, başqa variantlar da qeyd olundu, lakin biz hələ bu işə başlamamışıq. Baxmayaraq ki, biz prezidentimizin Ərdoğana Türkiyəyə gələcəyini vəd etdiyini nəzərdə tuturuq. Söz Türkiyə prezidentinin son seçkilərdə qələbəsindən dərhal sonra verilib", - Uşakov əlavə edib.