Beynəlxalq Ağır Atletika Federasiyasının İcraiyyə Komitəsi Ər-Riyadda keçiriləcək dünya çempionatına rusiyalı atletlərin iştirakına icazə verməyib.
Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
“İcraiyyə Komitəsi dünya çempionatında iştirak edəcək neytral idmançılardan ibarət nümayəndə heyətini təsdiqləyib. Onların hamısı Belarus pasportuna malik 12 idmançı, 7 xidmət işçisi və 1 texniki hakimdən ibarətdir”, - federasiyanın məlumatında qeyd olunub.