Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri nazirlik tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələrlə yerli təhsil orqanları tərəfindən təqdim olunan proqnoz tələbat əsasında təmin edilir.
Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
“Mütəmadi olaraq dərsliklərin çatışmazlığı və bu kimi hallara dair edilmiş müraciətlər Regional Təhsil İdarələri tərəfindən araşdırılaraq aradan qaldırılır”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, bir sıra məktəblərdə ibtidai sinif şagirlərinin hələ də dərsliklə tam təmin olunmadıqları ilə bağlı məlumatlar yayılıb.