
Şəki–Oğuz bölgəsində yüksək mənəvi keyfiyyətləri, dini bilikləri və cəmiyyətə xidmətləri ilə seçilən Qafqaz Müsəlmanları İdarəsinin Şəki–Oğuz qazısı Hacı Kamran Məmmədov bu gün bölgənin ən hörmətli və nüfuzlu din xadimlərindən biri kimi tanınır. Onun fəaliyyəti yalnız dini sahə ilə məhdudlaşmır, eyni zamanda milli-mənəvi dəyərlərin qorunması, insanların düzgün yola istiqamətləndirilməsi və cəmiyyətin birliyinin möhkəmləndirilməsi istiqamətində mühüm rol oynayır.
Hacı Kamran Məmmədov müqəddəs Həcc ziyarətini yerinə yetirmiş, İslamın ali dəyərlərini həyatının əsas prinsiplərinə çevirmiş bir mömindir. Onun sözlərində hikmət, davranışlarında isə təvazökarlıq və səmimiyyət aydın hiss olunur. O, insanlara yalnız dini biliklər öyrətməklə kifayətlənmir, həm də öz nümunəvi həyat tərzi ilə onlara doğru yol göstərir.
Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə və sonrasında Hacı Kamran Məmmədovun fəaliyyəti böyük təqdirəlayiq olmuşdur. O, şəhidlərimizin son mənzilə yola salınmasında fəal iştirak edərək, ailələrinə mənəvi dəstək göstərmiş, xalqımızın həmrəyliyinə və mənəvi gücünə töhfə vermişdir. Bu ağır və şərəfli missiyada göstərdiyi fədakarlıq onun vətənə və millətə olan bağlılığının bariz nümunəsidir.
Onun xidmətləri yüksək qiymətləndirilmiş və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə tərəfindən təşəkkürnamə ilə təltif olunmuşdur. Bu, Hacı Kamran Məmmədovun gördüyü işlərin və göstərdiyi xidmətlərin rəsmi şəkildə də dəyərləndirilməsinin göstəricisidir.
Hacı Kamran Məmmədov bu gün də cəmiyyət arasında böyük hörmətə malikdir. O, insanları birliyə, mərhəmətə, ədalətə və iman yoluna səsləyən, gənclərə düzgün istiqamət verən, ehtiyacı olanlara dəstək olan bir mənəvi dayağa çevrilmişdir. Onun fəaliyyəti və şəxsiyyəti hər kəs üçün örnəkdir.
Allah Hacı Kamran Məmmədova möhkəm iman, uzun ömür və xeyirli əməllərlə dolu bir həyat nəsib etsin. Belə dəyərli din xadimlərinin varlığı cəmiyyətimizin mənəvi zənginliyinin və gücünün ən gözəl göstəricisidir.
Mənbə: Qanuntv.az
Müəllif: Bəxtiyar Vəliyev





