• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Əliyev-Mişustin görüşü: İpucları “Zəngəzur”a, İran gündəliyinə, Ermənistana təzyiq edilməsinə aparır – TƏHLİL [xfvalue_red]

18 Kas, 22 - 19:58

Əliyev-Mişustin görüşü: İpucları “Zəngəzur”a, İran gündəliyinə, Ermənistana təzyiq edilməsinə aparır – TƏHLİL


Noyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə geniş tərkibdə görüşü olub.

Danışıqlara siyasi-iqtisadi münasibətlər sisteminə yeni konsepsiya ilə yanaşmanın əlamətləri kimi baxa bilərik.

Azərbaycanla Rusiya arasında yaşanan siyasi gərginliyin üstünə su çiləmək üçün Mişustin cəlbedici ideyalarla Bakıya gəlib.

Bir gün öncə isə Rusiya Prezidenti Vladimir Putin İlham Əliyevə zəng edib, onlar ikitərəfli münasibətlərin bütün sferalar üzrə xarakterini müzakirə ediblər.

Mişustinin səfəri kodlu ştrixlərlə zəngin deyil, yəni hər hansı subliminal motivləri yoxdur, lakin perspektiv üçün əldə edilə biləcək razılaşmaların gündəliyini göz önündə tutmaq baxımından ipucları verir.

Rusiya Cənubi Qafqazda iki əsas beynəlxalq nəqliyyat dəhlizinin – Şimal-Cənub və Şərq-Qərb – kəsişməsinin yaradılmasına nail olmağa və maksimal iqtisadi faydalarla cibini doldurmağa çalışır.

Zəngəzur dəhlizi layihəsi isə hər iki beynəlxalq marşrutun Cənubi Qafqazdakı damarı olmaq potensialındadır, ona görə də Moskva koridor mövzusunda Azərbaycanın mövqeyini dəstəkləyir.

Rusiya ən çox Şimal-Cənub dəhlizi ilə daşınmalara önəm verir, çünki bu onun strateji maraqlarına daha uyğundur.

Əliyev-Mişustin danışıqlarında hər iki tərəf Şimal-Cənub dəhlizinə vurğu edib ki, bu da həmin marşrutla yükdaşımaların həcminin artmasına şərait yaradan praqmatik ideyalara söykənir.

Bununla belə, ortaya çıxa biləcək əngəllər siyahısında İran da dayanır, Tehran Bakı ilə yaşadığı siyasi gərginliklər səbəbi ilə iqtisadi layihələri də axsatmaq qabiliyyətinə malikdir.

Bu isə Azərbaycanın Şimal-Cənub dəhlizinin həmtəsisçilərindən olan Rusiya, İran və Hindistan arasındakı ticarətdə, bu ticarətin Avropa ilə arteriyasının yaradılmasında orta həlqə kimi faydalanmaq imkanlarını sual altında qoya bilər.

Üstəgəl, Rusiya, Azərbaycan və İran dəmiryolları şəbəkəsinin tam birləşdirilməsi reallaşmayıb, bunun səbəbləri Tehranın Rəşt-Astara dəmiryolunun tikintisini yubatmasıdır. Ona görə də belə bir fikir güclənir ki, Əliyev Mişustinə İranın sərgilədiyi mövqenin həmin arteriyaya vura biləcəyi ziyanlar barədə danışıb və indi Kreml Tehranı yola gətirmək məcburiyyətini hiss edir.

İstənilən halda, Mişustinin səfərindən çıxan nəticə budur ki, Azərbaycanla Rusiya Zəngəzur dəhlizinin açılması üçün iradə nümayiş etdirirlər və bu istiqamətdə İrəvana növbəti təzyiqlərin başlaması qaçılmazdır.

Ermənistan dəhliz barədə nala-mıxa vurduqca Azərbaycan dəhlizin açılması üçün taktiki və strateji həmlələrini gücləndirəcək və bu, hərbi müstəvidə də özünü göstərə bilər.

Rusiya isə sərhəd və dəhliz mövzularında Azərbaycanın mövqeyinin əksəriyyətini dəstəklədiyindən Moskva Bakının İrəvana təzyiqlərinə səssiz qalacaq.

İranın regionda təhlükəsizlik mühitini zədələyən xətti tutması Rusiyanı da narahat edir və bu mənada Bakı-Tehran gərginliyinin sonlanması üçün Kreml dövriyyəyə girməyə çalışır.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Mixail Mişustin Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
backend
Azərbaycan və Albaniya prezidentlərinin geniş tərkibdə görüşü olub
backend
Soçidə Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü BAŞLAYIB
backend
İlham Əliyev Putinlə GÖRÜŞDÜ - YENİLƏNİB
backend
Rusiya və İran prezidentləri GÖRÜŞDÜ
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
İntim videoları yayılan FHN polkovnikinin istintaqı yekunlaşdı: İki qadın zərərçəkmiş qismində tanındı
2 Ara, 22 - 22:041 325

XƏBƏR LENTİ

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:337 Tem
Azərbaycana gələn turistlər ən çox nədən narazıdırlar? – ARAŞDIRMA [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:027 Tem
“The Gulf Observer”: Ermənilərin Azərbaycanın mədəni irsini məhv etməsi bütün bəşəriyyətə qarşı vandalizmdir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:047 Tem
Son dövrlərdə körpələrə qoyulan qəribə adlar - Əsğər, Dua, Koroğlu, Nənəş, Binəli, Dağlar..... [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:567 Tem
Qida və infrastruktur üzrə 900 bağçada monitorinqlər keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:237 Tem
Sabah 4 fənn üzrə MİQ imtahanları keçiriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:127 Tem
Xaricdəki diplomatlarımız Bakıya ÇAĞIRILDI [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:297 Tem
İraqın şimalında əməliyyat zamanı şəhid olan türk hərbçilərin sayı 8-ə çatıb - YENİLƏNİB [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:047 Tem
Şuşada ilk dəfə Aşura ilə əlaqədar qanvermə aksiyası keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:355 Tem
Mingəçevirdə çayda iki kater toqquşub, xəsarət alanlar var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:485 Tem
Ərdoğan: Azərbaycan və Rusiya problemin öhdəsindən gəlmək səviyyəsinə malik dost ölkələrdir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:085 Tem
Dövlət Dəniz və Liman Agentliyi zərərdən mənfəətə keçib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:345 Tem
Azərbaycan nefti ucuzlaşıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:285 Tem
Tramp: Gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:375 Tem
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:184 Tem
İlham Əliyevlə Pezeşkianın Xankəndidə görüşü keçirilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:224 Tem
Xankəndi Qafqazın yen inkişaf mərkəzinə çevriləcək - Ərdoğan [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:144 Tem
Emoməli Rəhmon: "Tacikistan ECO-ya üzv ölkələrlə ticarət dövriyyəsini artırmaqda maraqlıdır" [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:054 Tem
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:214 Tem
Günün qoroskopu: Qorxma, çünki hər yeni gün yeni bir nəfəsdir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:394 Tem
Ağ Evdə UFC döyüşü keçiriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:154 Tem
Şəhərlərin gələcəyi Bakıda qurulur: Azərbaycan şəhərsalma sahəsində qlobal səviyyədə növbəti imzasını atır - TƏHLİL [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:253 Tem
İlham Əliyev Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:383 Tem
Azərbaycanda bu il dövlət qurumlarını hədəfə alan 1,4 milyona yaxın zərərli elektron poçt bloklanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:563 Tem
Ermənistan parlamenti "Elektrik şəbəkələri"nin milliləşdirilməsi layihəsini təsdiqləyib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:263 Tem
“Anadolu Qartalı - 2025” beynəlxalq təlimində 75 hərbi təyyarə iştirak edir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:563 Tem
Rusiya XİN: Moskva və Bakı münasibətləri strateji müttəfiqlik xarakteri daşıyır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:313 Tem
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:563 Tem
Sabunçu və Suraxanının bəzi ərazilərində qaz olmayacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:353 Tem
Bu gün MİQ imtahanları başlayır - TƏQVİM [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:093 Tem
7-ci sinif şagirdini maşın vurub öldürdü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:333 Tem
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:462 Tem
Şabranda meşə yanır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:252 Tem
Sabirabadla Hacıqabulun kəndlərinin qazı KƏSİLƏCƏK [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:072 Tem
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:352 Tem
Azərbaycan və Qazaxıstan İT sahəsində əməkdaşlığı dərinləşdirəcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:102 Tem
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü başlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:322 Tem
Rusiyadan daha bir RƏZALƏT - Azərbaycanlı ailə deportasiya edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:132 Tem
Kallasın İrəvan səfərinin pərdəarxası - Aİ Ermənistanı Kremlin orbitindən çıxarır - ŞƏRH [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:472 Tem
İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3617 Haz
Dövlət qurumunda işə düzəltmək adı ilə dələduzluq etməkdə şübhəli bilinən qadın məsuliyyətə cəlb edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0617 Haz
NİİM yük avtomobillərinin sürücülərinə müraciət edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3117 Haz
Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5017 Haz
Avropa Liqası: "Sabah"ın I təsnifat mərhələsindəki rəqibi bu gün müəyyənləşəcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:1717 Haz
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə