• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

İlham Əliyev Putinlə GÖRÜŞDÜ - YENİLƏNİB [xfvalue_red]

16 Eyl, 22 - 21:50

İlham Əliyev Putinlə GÖRÜŞDÜ - YENİLƏNİB

Sentyabrın 16-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub.

Görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin dedi:-

Hörmətli İlham Heydər oğlu, Sizi bu dəfə Şanxay Əməkdaşlıq Təşkilatı məkanında, bu təşkilatın Sammitində görməyə çox şadam.

Bu gün biz həm təşkilatın özünün işi, həm də ikitərəfli münasibətlər, regionda vəziyyət barədə artıq dəfələrlə söhbət etmişik, fikir mübadiləsi aparmışıq.

İkitərəfli münasibətlərə gəldikdə, onlar inkişaf edir, çox uğurla inkişaf edir, şübhəsiz, bunu qeyd etmək lazımdır. Ticarətin, investisiyaların həcmi artır, müxtəlif nazirliklər, idarələr, parlamentlər xətti ilə əməkdaşlıq həyata keçirilir.

Lakin, əlbəttə, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi bu gün hamımızı çox narahat edir. Biz Sizinlə bu barədə danışmışıq. Mən dünən gecə danışdım. Siz bunu bilirsiniz, mən bu barədə Sizi və Ermənistanın baş naziri Nikol Paşinyanı məlumatlandırmışam. Yaxşı ki, əlaqələndirilmiş səylərimiz sayəsində hər halda eskalasiyanı dayandırmaq mümkün olub, lakin mən belə başa düşürəm ki, hər halda vəziyyət gərgin olaraq qalır.

Sizinlə görüşmək, bütün bu məsələlər barədə söhbət etmək imkanına görə çox şadam, çünki onların hamısı vacibdir.

x x x

Azərbaycan Prezidenti İlham Əliyev dedi:

-Sağ olun, Vladimir Vladimiroviç. Yeni görüşümüzə çox şadam.

Bundan əvvəlki görüşümüzdən üç aydan az vaxt keçib. Lakin bu müddətdə də biz daim əlaqədə olmuşuq, telefonla danışmışıq, həmçinin ikitərəfli münasibətlərin çox müsbət dinamikasını görürük.

Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalanandan sonra da müxtəlif sahələr üzrə mühüm sənədlər imzalanıb və Sizin qeyd etdiyiniz kimi, bütövlükdə görürük ki, əmtəə dövriyyəsində və nəqliyyat sahəsində yükdaşımaların həcmi artır. Bundan əlavə, indi biz tranzit imkanlarımızın potensialını tam həcmdə işə salmaq niyyətindəyik. Belə ki, nəticələr göz qabağındadır. Əminəm ki, biz bu ili bütün istiqamətlər üzrə yaxşı nəticələrlə başa vuracağıq.

Ermənistan-Azərbaycan sərhədi zonasında vəziyyətin kəskinləşməsinə, eskalasiyaya operativ reaksiya verdiyinizə görə də Sizə təşəkkürümü bildirmək istərdim. Döyüş toqquşmaları 8 saatdan az davam edib və dayandırılıb. Doğrudur, erməni tərəfi atəşkəs rejiminə dərhal əməl etməyə başlamadı, lakin bütövlükdə artıq iki sutkaya yaxındır ki, atəşkəs rejiminə riayət olunur. Sərhəd münaqişələri olur. Lakin əsas budur ki, vəziyyəti sabitləşdirmək, onu dinc şəraitə keçirmək mümkün olub. Mənim indi yerlərdən aldığım informasiyaya görə, dediyim kimi, artıq iki günə yaxındır ki, vəziyyət sabitləşib. İndi əsas məsələ münasibətlərin başlanmaqda olan normallaşması prosesini pozmamaq, bu istiqamətdə irəliləməkdir. Biz Rusiyanın bu istiqamətdə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində nəqliyyat kommunikasiyalarına dair üçtərəfli komissiya çərçivəsində, delimitasiya prosesi çərçivəsində səylərini, habelə sülh sazişinə dair danışıqlara başlamaq planlarını alqışlayırıq. Əlbəttə, biz bunu ətraflı müzakirə edəcəyik. Bir daha demək istəyirəm ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli sənədlərə sadiqdir və biz Qafqazda vəziyyətin sabit olması üçün nə lazımdırsa edəcəyik.

Prezident Vladimir Putin: Çox sağ olun.

xxx

19:26

Sentyabrın 16-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Putin: “300 min ton gübrəni pulsuz verməyə hazırıq”
backend
İlham Əliyev İtaliya Prezidenti ilə görüşdü - FOTOLAR (YENİLƏNİB)
backend
İlham Əliyev və Tokayevin təkbətək görüşü olub
backend
Ərdoğan Zelenskiyə Putinlə görüş təklif edəcək - KİV
backend
İndoneziya G20-də Putin və Zelenskinin görüşünü keçirə bilər
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
İntim videoları yayılan FHN polkovnikinin istintaqı yekunlaşdı: İki qadın zərərçəkmiş qismində tanındı
2 Ara, 22 - 22:041 576

XƏBƏR LENTİ

Tramp: “Sülh Şurası”nın bəzi üzvləri Qəzzaya 7 milyard dollar ayırmaqda razılığa gəlib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:4119 Şub
Vaşinqtonda Sülh Şurasının ilk iclası keçirilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:3819 Şub
ABŞ vitse-prezidenti Cey. Di. Vens: Azərbaycan və Ermənistan liderlərinə minnətdarıq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:2419 Şub
Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin əl sıxması dərin simvolik məna daşıyır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:2019 Şub
Prezident İlham Əliyev Sülh Şurasının ilk iclası çərçivəsində bir sıra liderlərlə ayaqüstü söhbətləşib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:0319 Şub
Göyçayda Birinci Qarabağ müharibəsi şəhidimiz Babayev Vüqarın vida mərasimi keçirilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:5719 Şub
Azərbaycan Səudiyyə Ərəbistanı, Oman, Küveyt və Bəhreyn vətəndaşları üçün vizasız rejimi tətbiq edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:4319 Şub
Ucarda I Qarabağ müharibəsinin itkin-şəhidi Azad Cəlilov dəfn edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:3219 Şub
Leyla Əliyeva Tiranada Albaniya Prezidenti Bayram Beqaj ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1119 Şub
Cənubi Koreya sabiq prezidentini ömürlük həbsə məhkum etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5919 Şub
❗️Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər deportasiya edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:4918 Şub
İlham Əliyev Vaşinqtonda AIPAC rəhbərliyi ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:0018 Şub
Abşeronda kişi salonunda tanış olduğu şəxsin pulunu talayan bərbər saxlanıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:3518 Şub
Prezident Tokayevin ekoloji təşəbbüsləri Bakıda beynəlxalq dəyirmi masada müzakirə olundu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:3618 Şub
Starmer və Tramp Ukrayna və İran məsələlərini müzakirə ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:0918 Şub
Tovuz Rayonunun Memarlıq İnkişafına Dəyərli Töhfələr Verən Əsgərov Sahib Cahangir oğlu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2018 Şub
Ağstafa Su Meliorasiya İdarəsində Fəaliyyətsizlik: Vətəndaşların Haqları Təhlükədə [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4718 Şub
ABŞ-nin patrul təyyarəsi SEPAH-ın təlim keçirdiyi ərazi üzərində kəşfiyyat aparıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:3318 Şub
BMT-nin xüsusi iclasında Azərbaycanın aqrar sistemlərin modernləşdirilməsi siyasətindən bəhs olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:2818 Şub
Pakistanda növbəti terror aktı: 11 hərbçi və bir uşaq həlak olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
00:4918 Şub
Rusiya, ABŞ və Ukrayna arasında Cenevrədə danışıqlar başlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:2717 Şub
Ağdərə döyüşlərində itkin düşən Mahir Quliyevin nəşi aşkar edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:5317 Şub
Tibbin və İnsan Qayğısının Harmoniya Nümunəsi – Afiq Fərruxov [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:2617 Şub
Səhiyyədə Liderlik və Strateji İdarəetmə: Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Direktoru Səyyad Yusifov [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:1817 Şub
Ağdam şəhərinə növbəti köç karvanı yola salındı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0317 Şub
Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə: şagirdlər xəstəxanaya yerləşdirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2317 Şub
Moskvanın “Salaryevo Park” yaşayış kompleksində azərbaycanlı evli cütlük müəmmalı şəkildə ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
02:5117 Şub
Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesi başlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
02:2517 Şub
Vətən müharibəsi qazisi Elnur Quliyev vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
01:4117 Şub
Qaradağlı faciəsinin 34-cü ildönümüdür. [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
01:0817 Şub
Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasına yenidən rəhbər seçildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:4216 Şub
Millimizin UEFA Millətlər Liqası 2026/2027 mövsümündə oyun təqvimi açıqlanıb. [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:3416 Şub
Yasamalda avtomobil yandı. [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:2916 Şub
TƏBİB: Vüqar Qurbanov vəzifəsindən azad edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:2116 Şub
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:5716 Şub
Samuxda nümunəvi bələdiyyə fəaliyyəti ilə seçilən şəxs – Məmmədov Cəsur Zeynal oğlu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4516 Şub
Gəncədə 3 tələbə dəm qazından zəhərlənib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2816 Şub
Sinayda 10 min illik qayaüstü təsvirlər aşkar edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
06:1416 Şub
Azərbaycan çempionatı: Üç şahmatçı yarımfinala yüksəlib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
05:5216 Şub
Trampa Ağ Evdə “Kömür Çempionu” mükafatı təqdim edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
00:4716 Şub
Mehriban Əliyeva jurnalistin sualına sərt cavab verdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
22:5415 Şub
Azərbaycan cüdoçuları Paris Böyük Dəbilqəsində tarixi nəticə göstərdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:3515 Şub
ABŞ Hind Okeanında Karib Hövzəsindən Gələn Tankeri ələ keçirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:1715 Şub
Azərbaycan-Serbiya sənədləri mübadilə olunub. [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:5215 Şub
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə