
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov Müşahidə Şurasının qərarı ilə vəzifəsindən azad olunub.
TƏBİB-dən verilən açıqlamada bildirilir ki, bu qərar qurumda aparılan yoxlamalar və qiymətləndirmələr nəticəsində qəbul edilib. Qurumun fəaliyyətinin şəffaf və qanunvericiliyə uyğun şəkildə davam etdirilməsi üçün belə addımın atıldığı vurğulanır.





