
Bakı Apellyasiya Məhkəməsi Şəhidlər xiyabanında nalayiq hərəkətlər edərək qeyri-etik videolar çəkdiyi üçün həbs olunan Səudiyyə Ərəbistanı vətəndaşlarının cəzasını azaldıb.
Qeyd edək ki, əcnəbilər ötən il avqustun 17-də Bakıda Şəhidlər xiyabanında etik olmayan davranışlarına görə 2 il müddətinə azadlıqdan məhrum edilmişdilər. Dünən məhkəmə hökmünü dəyişərək cəzanı 6 aya endirib. Onların həbs müddəti bu gün başa çatıb və əcnəbilər Azərbaycandan deportasiya olunublar.





