
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Münxen Təhlükəsizlik Konfransı çərçivəsində jurnalistin ünvanladığı sualı cavablandırıb.
Hadisə konfransdan çıxış zamanı baş verib. Jurnalist demokratiya və söz azadlığı mövzusunda sual verməyə çalışıb. Mehriban Əliyeva isə jurnalistə belə cavab verib:
“Siz səfirlikdə qadın paltarı geyinib gizlənən insan deyilsiniz? Sizə can sağlığı arzulayıram!”
Bundan sonra Birinci vitse-prezident jurnalistin sualını cavablandırmadan yoluna davam edib.
Hadisə sosial mediada geniş müzakirələrə səbəb olub.





