
Ucarda I Qarabağ müharibəsinin itkin-şəhidi Azad Cəlilovun dəfni həyata keçirilib. Mərasimdə şəhidin yaxınları, yerli sakinlər və ictimaiyyət nümayəndələri iştirak edib.
Dəfn mərasimində şəhidin xatirəsi ehtiramla yad olunub, onun ailəsinə başsağlığı verilib. Azad Cəlilovun vətən uğrunda göstərdiyi qəhrəmanlıq hər kəs tərəfindən böyük hörmətlə anılıb.





