
Azərbaycan Ordusunun qəhrəman zabitləri – şəhid general-mayor Polad Həşimov və şəhid mayor Murad Məmmədovun əziz xatirəsi ehtiramla yad edilib.
Anım tədbiri zamanı şəhidlərin məzarları ziyarət olunub, üzərinə gül dəstələri düzülərək ruhlarına dualar oxunub. Çıxış edənlər Polad Həşimovun və Murad Məmmədovun Vətən qarşısındakı misilsiz xidmətlərindən, onların hərbi fəaliyyəti və göstərdikləri qəhrəmanlıq nümunələrindən danışıblar.
Qeyd edilib ki, bu igid zabitlər öz canlarını Azərbaycanın ərazi bütövlüyü, xalqın təhlükəsizliyi və dövlət müstəqilliyi uğrunda fəda ediblər. Onların göstərdiyi şücaət və vətənpərvərlik bugünkü və gələcək nəsillər üçün örnəkdir.









