
Yanvarın 2-si Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun doğum günüdür.
Natiq Qasımov Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə misilsiz qəhrəmanlıq göstərmiş, Azərbaycan xalqının yaddaşında cəsarət və mərdlik simvolu kimi qalmiş igidlərdəndir.
1992-ci ildə Ağdam rayonunun Xocalı istiqamətində baş verən ağır döyüşlər zamanı Natiq Qasımov silahdaşları ilə birlikdə qeyri-bərabər şəraitdə düşmənə qarşı mübarizə aparmış, son ana qədər döyüş mövqeyini tərk etməmişdir. Onun nümayiş etdirdiyi iradə və vətənə sədaqət bu gün də ehtiramla xatırlanır.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Natiq Qasımova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.
QanunTv.az olaraq bildiririk ki, qəhrəmanlarımızın həyatı və şücaəti gənc nəsil üçün örnəkdir və onların xatirəsi daim uca tutulacaq.
Allah rəhmət eləsin! Qəhrəmanlar ölməzdir.





