
Cenevrədə ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə keçirilən üçtərəfli danışıqlar dörd saatdan çox davam edib. Görüş “InterContinental” mehmanxanasında baş tutub və danışıqların əsas mövzusu ərazi məsələləri olub.
Qeyd olunur ki, Cenevrədəki danışıqlar iki gün davam edəcəyi planlaşdırılmışdı və bu görüş öncəsi Əbu-Dabidə üçtərəfli formatda iki raund danışıqlar keçirilib. Rusiya tərəfinin açıqlamasına görə, Əbu-Dabi görüşlərində əsas diqqət təhlükəsizlik məsələlərinə yönəldilmişdi.
Cenevrədə isə müzakirələr daha geniş mövzuları əhatə edib, xüsusilə Ukrayna əraziləri ilə bağlı mövcud vəziyyət və mümkün həll yolları danışıqların əsas gündəm maddələrindən olub.





