
Vaşinqtonda Sülh Şurasının ilk iclası keçirilir.
Qanuntv.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə tədbirdə iştirak edir.
İclas çərçivəsində əvvəlcə iştirakçılar birgə foto çəkdiriblər. Daha sonra ABŞ Prezidenti Donald Tramp çıxış edərək sülh və əməkdaşlıq məsələlərinə toxunub.
Qeyd edək ki, Sülh Şurasının iclası beynəlxalq dialoqun gücləndirilməsi və regionda sülh təşəbbüslərinin irəlilədilməsi baxımından böyük əhəmiyyət daşıyır.









