
Paytaxtın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində avtomobildə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
“Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Ford Transit markalı yük avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində avtomobilin mühərriki və kabina hissəsi ziyan görüb, digər hissələri isə yanğından mühafizə olunub”, – məlumatda qeyd edilir.





