
Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə ABŞ Prezidenti Donald Trump gecə saatlarında telefon danışığı aparıb.
Məlumata görə, tərəflər ABŞ-ın vasitəçiliyi ilə Cenevrə şəhərində davam edən Rusiya–Ukrayna münaqişəsi üzrə sülh danışıqlarının gedişini müzakirə ediblər. Danışıq zamanı bölgədə sabitliyin təmin olunması və diplomatik səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Telefon danışığında həmçinin Vaşinqtonla İran arasında nüvə proqramı üzrə aparılan dialoq və mümkün razılaşma perspektivləri də gündəmdə olub. Tərəflər Yaxın Şərqdə təhlükəsizliyin qorunmasının beynəlxalq sabitlik üçün mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.
Rəsmi mənbələr bildirir ki, Birləşmiş Krallıq və ABŞ liderləri beynəlxalq gündəmdə duran əsas məsələlər üzrə əlaqələri davam etdirmək barədə razılığa gəliblər.





