
Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) icraçı direktoru və digər rəhbər heyəti ilə görüşüb.
Görüşdə iki ölkə arasında əməkdaşlıq, regiondakı vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Prezident İlham Əliyev Azərbaycan-ABŞ əlaqələrinin inkişafının vacibliyini vurğulayıb və gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə ümidini ifadə edib.





