
BMT-nin xüsusi iclasında Azərbaycanın aqrar sistemlərin modernləşdirilməsi istiqamətində həyata keçirdiyi siyasət müzakirə olunub.
İclas BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) çərçivəsində keçirilib və aqrar-ərzaq sistemlərinin transformasiyası mövzusuna həsr olunub.
Çıxış zamanı Azərbaycanın kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqi, fermerlərə göstərilən dövlət dəstəyi, subsidiyaların şəffaflaşdırılması və dayanıqlı inkişaf istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Qeyd edilib ki, aqrar sektorun modernləşdirilməsi Azərbaycanın ərzaq təhlükəsizliyinin gücləndirilməsi və kənd təsərrüfatının inkişafı baxımından əsas prioritetlərindəndir.





