
Abşeron rayonunda quldurluq hadisəsi qeydə alınıb. Zərərçəkən şəxs polisə müraciət edərək cibindən pulunun zorla talandığını bildirib.
Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı Hüseynbala Cəfərov müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, hadisə günü zərərçəkən daimi müştərisi olduğu kişi salonuna gedib. Söhbət əsnasında bərbər H.Cəfərova təqaüdünün hesabına köçdüyünü deyib. Bu məlumatdan sonra şübhəli şəxs zərərçəkəni izləyərək yol boyu ona zor tətbiq edib, başına polietilen torba keçirərək cibində olan pulu talayıb.
Daha sonra isə həmin pulun narkotik vasitə almaq məqsədilə şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşına onlayn şəkildə göndərildiyi müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.





