
Gəncə şəhərində üç nəfər tələbə dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Belə ki, 2006-cı il təvəllüdlü F. Həsənova, 2006-cı il təvəllüdlü İ. Mollayeva və 2005-ci il təvəllüdlü N. Musayeva zəhərlənmə əlamətləri ilə tibbi yardıma müraciət ediblər.
Onlara dərhal ilkin yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.





