
ABŞ Hərbi Dəniz Qüvvələrinin “P‑8A Poseidon” patrul təyyarəsi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazında keçirdiyi təlimlərin olduğu ərazi üzərində kəşfiyyat uçuşu həyata keçirib.
Uçuş Bəhreyndəki aviabazadan başlayaraq bir neçə saat ərzində Hörmüz boğazı və Fars-Oman körfəzi üzərində davam edib. Təyyarənin fəaliyyəti sualtı və səth hədəflərinin müşahidəsi məqsədi daşıyıb.
SEPAH isə həmin dövrdə bölgədə müxtəlif hərbi ssenarilərin sınağı üzrə təlimlər keçirmişdi. ABŞ tərəfi uçuşla bağlı rəsmi açıqlama verməyib.





