SON DƏQİQƏ
Qanuntv.az » Gündəm » Trampa Ağ Evdə “Kömür Çempionu” mükafatı təqdim edildi
Gündəm / Dünya

Trampa Ağ Evdə “Kömür Çempionu” mükafatı təqdim edildi

16-02-2026, 00:47 81
Trampa Ağ Evdə “Kömür Çempionu” mükafatı təqdim edildi

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən tədbir zamanı “gözəl və təmiz kömürün mübahisəsiz çempionu” tituluna layiq görülüb. Mükafat kömür sənayesini dəstəkləyən “Washington Coal Club” adlı sənaye qrupu tərəfindən təqdim edilib.

Tədbirdə çıxış edən Tramp kömür sənayesinin ABŞ iqtisadiyyatı üçün vacib rol oynadığını vurğulayıb və bu sahənin yenidən dirçəldilməsinin prioritet olduğunu bildirib.

Məlumata görə, tədbir çərçivəsində Tramp enerji siyasəti ilə bağlı yeni icra fərmanı da imzalayıb. Həmin sənədə əsasən, ABŞ Müdafiə Nazirliyinin kömür elektrik stansiyalarından enerji alması nəzərdə tutulur.

Bu mükafat Trampın son dövrlərdə aldığı simvolik tanınmalardan biri kimi qiymətləndirilir. Lakin ətraf mühit fəalları kömürün “təmiz enerji” kimi təqdim edilməsini tənqid edir və bunun ekoloji risklər yaratdığını bildirirlər.

Oxşar xəbərlər