Vətən müharibəsi qazisi Elnur Quliyev vəfat edib

Salyan rayonunun Qırxçıraq kənd sakini, Vətən müharibəsi qazisi Elnur Quliyev dünyasını dəyişib.
Mayor E.Quliyev müharibədə ağır yaralanmış, daha sonra Türkiyədə müalicə almış və 2021-ci ilin may ayında doğma rayonuna qayıtmışdı. Onun geri dönüşü rayonda böyük coşqu ilə qarşılanmışdı.
Qazimizin xatirəsi Azərbaycan xalqı tərəfindən ehtiramla anılır.
Qanuntv.az