
Fevralın 16-da Moskvada azərbaycanlı evli cütlük müəmmalı şəkildə ölüb. Hadisə “Salaryevo Park” yaşayış kompleksində baş verib.
Kişi və qadının meyitləri yaşadıqları binanın yaxınlığında tapılıb. İlkin ehtimallara görə, onlar özlərini yaşadıqları evin pəncərəsindən atıblar.
Qurbanların Vasif və Aygün adlı cütlük olduqları bildirilib. Onlar Xantı-Mansi Muxtar Dairəsində işgüzar fəaliyyətə başlayaraq geyim və alt paltarı mağazası açmış, bir neçə il əvvəl isə Moskvaya köçərək bizneslərini uğurla davam etdirmişdilər. Son günlər evlərinin yaxınlığında yeni bir mağaza açdıqları da məlumdur.
“Baza” xəbər agentliyinin məlumatına görə, ər-arvad mehriban və ünsiyyətcil insanlar olub. Kişi iş adamı idi və cütlüyün üç azyaşlı uşağı var.
Hadisənin baş verməsi zamanı ailənin 5 yaşlı övladı mənzildə olub. Hazırda uşaq müvəqqəti olaraq hüquq-mühafizə orqanlarının nəzarətinə götürülüb.
Hüquq-mühafizə orqanları hadisənin səbəblərini araşdırır.





