
1992-ci ildə Ağdərə rayonu istiqamətində gedən ağır döyüşlər zamanı itkin düşmüş rayon sakini Mahir Abuzər oğlu Quliyevin nəşi aşkarlanıb.
Məlumata görə, şəhidin qalıqları uzun illər davam edən axtarış və araşdırmalar nəticəsində tapılıb. Onun şəxsiyyəti müvafiq ekspertizalar və identifikasiya prosesləri əsasında müəyyən olunub.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsi zamanı minlərlə azərbaycanlı hərbçi və mülki şəxs itkin düşmüş hesab olunur. Dövlət qurumları və aidiyyəti təşkilatlar tərəfindən itkinlərin taleyinin aydınlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Şəhid Mahir Quliyevin nəşinin tapılması ailəsi üçün illərdir davam edən ağır gözləntiyə son qoymaqla yanaşı, bir daha müharibənin xalqımıza yaşatdığı faciələri xatırladır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.





