
ABŞ Prezidenti Donald Tramp bildirib ki, “Sülh Şurası”nın bəzi üzv dövlətləri Qəzzaya humanitar və iqtisadi dəstək məqsədilə 7 milyard dollar ayırmaq barədə razılığa gəlib.
Qanuntv.az xəbər verir ki, sözügedən ölkələr aşağıdakılardır:
● Azərbaycan
● Qazaxıstan
● Özbəkistan
● Küveyt
● Birləşmiş Ərəb Əmirlikləri
● Səudiyyə Ərəbistanı
● Qətər
● Bəhreyn
● Mərakeş
Tramp qeyd edib ki, bu təşəbbüs bölgədə sülh və stabilliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və digər üzv dövlətlərin də dəstəyi ilə genişləndirilə bilər.





