
Fevralın 15-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan ilə Serbiya arasında sənədlərin mübadiləsi mərasimi keçirilib.
Mərasim çərçivəsində iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edən sənədlər qarşılıqlı şəkildə təqdim olunub.
Tədbir Azərbaycan-Serbiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini bir daha nümayiş etdirib.
Qeyd edək ki, sənədlərin mübadiləsi mərasimi Belqradda keçirilən yüksək səviyyəli görüşlər çərçivəsində baş tutub.





