
Bu gün Leyla Əliyeva Albaniyanın paytaxtı Tiranada Albaniya Prezidenti Bayram Beqaj ilə rəsmi görüş keçirib. Görüş zamanı iki ölkə arasında diplomatik, mədəni və iqtisadi əlaqələrin inkişafı müzakirə olunub.
Görüşdə tərəflər Bakı–Tirana arasında birbaşa aviareyslərin açılması, ilboyu turizm və ekoturizmin inkişafı, eləcə də Albaniya, Monteneqro və Kosovo arasında ortaq turizm marşrutlarının yaradılması məsələlərini müzakirə ediblər. Həmçinin Azərbaycan investisiyalarına turizm sektorunda maraq olduğu vurğulanıb.
Görüşdən sonra Bayram Beqaj Baş nazirin iqamətgahında nümayiş olunan MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi ilə tanış olub.













