
Gəncə və Göygöl rayonlarında fəaliyyət göstərən iki uşaq bağçasına yeni rəhbər təyinatı həyata keçirilib.
Qanuntv.az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.
Məlumata görə, Zərqələm Kazım qızı İbrahimova Göygöl rayonunun Xəqani kənd körpələr evi–uşaq bağçasının müdiri vəzifəsinə təyin olunub.
Digər təyinatla isə Vüsalə Həsən qızı Hüseynova Gəncə şəhəri 19 nömrəli körpələr evi–uşaq bağçasına müdir təyin edilib.






