
Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən bir sıra müəssisələrlə bağlı yeni qərar qəbul edib.
Qanuntv.az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, mənzil-kommunal, lift, işıqlandırma və yaşıllaşdırma təsərrüfatı müəssisələrinin nümunəvi strukturu və ştat vahidləri təsdiq edilib.
Qərara əsasən, Bakı Şəhər İcra Hakimiyyəti üç ay müddətində qeyd olunan sahələr üzrə məhdud məsuliyyətli cəmiyyət (MMC) statusunda yeni müəssisələrin yaradılması ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.
Yeni qərarın paytaxtda kommunal xidmətlərin daha səmərəli təşkili, idarəetmənin təkmilləşdirilməsi və xidmət keyfiyyətinin artırılmasına xidmət etdiyi bildirilir.





