Səfərbərliklə Rusiya ordusunun sıralarına qoşulan çağırışçılara köhnəlmiş silahlar təhkim edilir.
Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi gündəlik hesabatında yazılıb:
“Bu, 1960-cı illərin əvvəllərində SSRİ tərəfindən istifadəyə verilmiş AKM (modernləşdirilmiş Kalaşnikov avtomatı) avtomatlarıdır. Sözügedən silah ehtiyatları anbarda qalıb və onların bir çoxunun saxlanılma şəraitinin pis olması səbəbindən yararsız vəziyyətə düşməsi ehtimal edilir”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də ölkədə qismən səfərbərlik elan edib.
Mənbə: Meduza.io