Azərbaycan futbolunda növbəti xoşagəlməz hadisə yaşanır.
“Sumqayıt” Futbol Klubunun prezidenti Riad Rəfiyev, onun fəaliyyətini tənqid etdiyinə görə iki jurnalisti həb etdirməklə hədələyib.
Belə ki, klub prezidenti Riad Rəfiyev idman jurnalistləri Anar Şabanoglu (Sports.az saytı) və İxtiyar Əsgərovdan (Matç.az saytı) prokurorluğa şikayət edib.
Prokurorluğa dəvət olunan baş redaktorlara xəbərdarlıq edilərək, 20 sutkaya qədər həbs oluna biləcəkləri bildirilib.
“Sumqayıt” Futbol Klubunun prezidenti jurnalistləri məhkəmə ilə də hədələyib. Riad Rəfiyev media nümayəndələrinin onun təhqir etdiyini bildirib. Onun iddiasına görə, jurnalistlərin yazılarında onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirən ifadələr yer alıb.
Jurnalistlər isə klub rəhbərinin iddialarını rədd ediblər.
Anar Şabanoğlu bildirib ki, Riad Rəfiyevlə sona qədər mübarizə aparacaq.
“İdman jurnalistlərinə atdığı şərə, 26 illlik jurnalist imicimi ləkələməyə yönəlmiş şikayətə görə sona qədər mübarizə aparacam!”.
İxtiyar Əsgərovun sözlərinə görə, yazısında “Sumqayıt” rəhbərinin işini "yarıtmaz" adlandırdığına görə hədəfə tuş gəlib.