• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Azərbaycanda Dövlət Bayrağı GÜNÜDÜR

9 Kas, 24 - 10:05

Azərbaycanda Dövlət Bayrağı GÜNÜDÜR

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.

Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.

1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib.

1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa olunaraq Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul olunub.

1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Prezident, həmçinin, Dövlət Bayrağı Günü münasibətilə Əmək Məcəlləsinə dəyişiklik edilməsi üçün parlamentə təklif göndərib. Təklifi dəyərləndirən Milli Məclis Əmək Məcəlləsinə müvafiq dəyişiklik edib, dəyişikliyə əsasən, Dövlət Bayrağı Günü qeyri-iş günü hesab olunur.

2010-cu il sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı şəhərinin Bayıl ərazisində Dövlət Bayrağı Meydanının təntənəli açılışı olub. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Qeyd edək ki, müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.

Azərbaycan Respublikasının dövlət bayrağından istifadə Azərbaycan Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və Əsasnamə ilə təsdiq edilib.

Əsasnaməyə görə, Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri var.

Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-nə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.

Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Bu gün Dövlət Bayrağı Günüdür
backend
Prezidentdən Dövlət Bayrağı Günü ilə bağlı paylaşım
backend
Mehriban Əliyevadan Dövlət Bayrağı Günü ilə bağlı PAYLAŞIM
backend
Prezidentdən Dövlət Bayrağı Günü ilə bağlı PAYLAŞIM
backend
Mehriban Əliyevadan Dövlət Bayrağı Günü ilə bağlı - Paylaşım

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 322

XƏBƏR LENTİ

Donald Tramp: “Açıq sərhədlər ölkələri məhv edir” [xfgiven_red][/xfgiven_red]
21:3122 Kas
Qurban Qurbanov: “Geriyə addım atmaq olmaz, daha da güclənəcəyik” [xfgiven_red][/xfgiven_red]
21:2622 Kas
İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib [xfgiven_red][/xfgiven_red]
21:1722 Kas
Bakıda bədbəxt hadisə: Elvin Zeynalov hündürlükdən yıxılaraq ölüb [xfgiven_red][/xfgiven_red]
19:2222 Kas
Xankəndidə “Prezident kuboku” uğrunda qaçış yarışı keçirilib [xfgiven_red][/xfgiven_red]
19:1922 Kas
Gəncədə iki avtomobil toqquşub: Xəsarət alanlardan biri yeniyetmədir [xfgiven_red][/xfgiven_red]
19:1322 Kas
İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib [xfgiven_red][/xfgiven_red]
19:0622 Kas
Qazaxda iki nəfərə kəsici alətlə xəsarət yetirən şəxs saxlanılıb [xfgiven_red][/xfgiven_red]
18:5822 Kas
Sumqayıt bulvarında avtomobil piyadanı vurdu: Vəziyyəti ağırdır [xfgiven_red][/xfgiven_red]
18:4722 Kas
Qazaxda 49 yaşlı ehtiyatda olan zabit dəm qazından zəhərlənərək vəfat edib [xfgiven_red][/xfgiven_red]
18:4322 Kas
Azərbaycan Təbabəti Muzeyinin direktoru Sevinc Maniyeva vəfat edib [xfgiven_red][/xfgiven_red]
23:3921 Kas
Gədəbəydə avtomobil 6 yaşlı uşağı vurub [xfgiven_red][/xfgiven_red]
23:3521 Kas
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı arasında görüş keçirilib [xfgiven_red][/xfgiven_red]
23:2921 Kas
Sabirabadda qaçırıldığı bildirilən 15 yaşlı qız və 17 yaşlı oğlan ot tayasında tapılıb [xfgiven_red][/xfgiven_red]
23:2621 Kas
Mehriban Əliyeva və qızları Vyetnamın milli geyimlərində – Hanoydan diqqətçəkən fotolar [xfgiven_red][/xfgiven_red]
23:2421 Kas
Azərbaycanda 28 yaşlı hüquqşünas vəfat edib [xfgiven_red][/xfgiven_red]
23:1721 Kas
BDU-da kadr dəyişikliyi: rektorun köməkçisi vəzifəsindən azad edilib [xfgiven_red][/xfgiven_red]
23:1521 Kas
Gəncədə xəstəxananın şöbə müdiri vəzifəsindən azad edilib [xfgiven_red][/xfgiven_red]
23:1221 Kas
Payız-qış mövsümündə virus təhlükəsi artır: Professor Adil Qeybulladan xəbərdarlıq [xfgiven_red][/xfgiven_red]
23:0621 Kas
Şəmkirdə abort zamanı hamilə qadın həyatını itirib – İki azyaşlı övladı anasız qaldı [xfgiven_red][/xfgiven_red]
17:0021 Kas
Təhsil idarəsinin sabiq müdirinə MÜTDA-da yeni vəzifə verildi [xfgiven_red][/xfgiven_red]
14:3520 Kas
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü keçirilib [xfgiven_red][/xfgiven_red]
14:3120 Kas
İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib [xfgiven_red][/xfgiven_red]
14:2620 Kas
Qarakənd faciəsindən 35 il ötür – Azərbaycanın dövlət və ictimaiyyət nümayəndələrinin həyatına son qoyan qanlı hadisə [xfgiven_red][/xfgiven_red]
14:1920 Kas
Gəncədə Milli Qəhrəmanın oğlu ağır yol qəzasına düşüb [xfgiven_red][/xfgiven_red]
14:1520 Kas
Bu gün Ağdam Şəhəri Günüdür – Tarixi qayıdışdan 6 il ötür [xfgiven_red][/xfgiven_red]
14:1220 Kas
Sabirabadda 17 yaşlı oğlan 15 yaşlı qızı qaçırıb – Eyni kənddə oxşar hadisə yenidən baş verib [xfgiven_red][/xfgiven_red]
14:1020 Kas
Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi “Kızılelma” təhlükəsizlik qüvvələrinə təhvil verildi [xfgiven_red][/xfgiven_red]
14:0520 Kas
Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim edilib [xfgiven_red][/xfgiven_red]
14:0220 Kas
Aysel Cəfərova – gələcəyin formalaşmasına sevgi, məsuliyyət və peşəkarlıqla töhfə verən rəhbər [xfgiven_red][/xfgiven_red]
11:5020 Kas
Məleykə Abbaszadə BDU-nun rektoru təyin edildi – Dosyesi [xfgiven_red][/xfgiven_red]
13:2119 Kas
Azərbaycanda zəlzələ baş verdi – Yeraltı təkanların maqnitudası açıqlandı [xfgiven_red][/xfgiven_red]
13:1619 Kas
Elçin Babayev BDU-nun rektoru vəzifəsindən azad edildi [xfgiven_red][/xfgiven_red]
13:1119 Kas
Azərbaycan XİN-dən Fransaya sərt cavab: “İddialar tamamilə qəbuledilməzdir” [xfgiven_red][/xfgiven_red]
13:0319 Kas
Suaresdən Neymarın PSJ-yə transferi ilə bağlı açıqlama: Messi ilə birlikdə onu fikrindən daşındırmağa çalışmışıq [xfgiven_red][/xfgiven_red]
12:5919 Kas
Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub [xfgiven_red][/xfgiven_red]
12:5319 Kas
Qazaxda dəhşətli qəza: Üç nəfər həyatını itirdi [xfgiven_red][/xfgiven_red]
12:4919 Kas
Ərdoğan açıqladı: Türkiyədə fond bazarı böhranı ilə bağlı 136 nəfər həbs edilib [xfgiven_red][/xfgiven_red]
12:4419 Kas
İlham Əliyev Oman Sultanını milli bayram münasibətilə təbrik edib [xfgiven_red][/xfgiven_red]
12:3719 Kas
Sumqayıt bulvarında 20 yaşlı gənc dənizdə batıb – Axtarışlar aparılır [xfgiven_red][/xfgiven_red]
12:3019 Kas
Gürcüstanda 31 yaşlı azərbaycanlı faciəli şəkildə həyatını itirib [xfgiven_red][/xfgiven_red]
13:1718 Kas
Cəlilabadda bələdiyyə sədri qəfil vəfat edib [xfgiven_red][/xfgiven_red]
13:1118 Kas
Salyanda ağır yol qəzası: 89 yaşlı kişi avtomobilin altında qalaraq ölüb [xfgiven_red][/xfgiven_red]
13:0918 Kas
Bakı Ağır Cinayətlər Məhkəməsinin tanınmış hakimi təqaüdə göndərilir [xfgiven_red][/xfgiven_red]
13:0518 Kas
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə