• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Prezident xalqa müraciət etdi - Tam mətn [xfvalue_red]

8 Kas, 24 - 12:58

Prezident xalqa müraciət etdi - Tam mətn

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak ediblər.

Dövlət başçısı xalqa müraciət edib.

Müraciətin mətnini təqdim edirik:

“-Əziz həmvətənlər.

Bu gün Azərbaycan Zəfər bayramını qeyd edir. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm, Azərbaycan Silahlı Qüvvələrini təbrik edirəm.

Hər birimiz üçün əziz bir gündə Vətən uğrunda öz canlarından keçmiş qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Biz şəhidlərimizin qisasını, qanını döyüş meydanında aldıq. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik.

Qırx dörd gün ərzində Azərbaycan Silahlı Qüvvələri ancaq və ancaq irəli gedirdi. Hər gün, hər saat irəli gedərək döyüş meydanında 300-dən çox şəhər və kəndimizi işğalçılardan azad etdik və düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Qırx dörd gün ərzində şəhərlərimizin, kəndlərimizin azad edilməsi Ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızın əzmini bütün dünyaya nümayiş etdirmişdir. Torpaqlarımız 30 il ərzində işğal altında olsa da, Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi bu işğalla heç vaxt barışmırdı. Baxmayaraq ki, Ermənistanın arxasında duran bir çox dövlətlər bizim bu işğalla barışmağımız üçün müxtəlif üsullardan istifadə edirdilər. Azərbaycan xalqı yaxşı xatırlayır, böyük dövlətlər, bu məsələni - Ermənistan-Azərbaycan münaqişəsini guya həll etməyə çalışan vasitəçilər dəfələrlə bəyan edirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Nəyi demək istəyirdilər Azərbaycan xalqına? Onu demək istəyirdilər ki, biz bu işğalla barışaq. Çünki onların planlarında məhz bu idi. Onların planlarında məsələni həll etmək yox, işğala son qoymaq yox, Azərbaycan torpaqlarını erməni işğalının altında əbədi saxlamaq idi. Biz bunu görürdük, bilirdik. İllər keçdikcə, hər bir danışıqlar dövrü uğursuzluqla başa çatdıqca həm Azərbaycan rəhbərliyi, həm Azərbaycan xalqı bunu əyani şəkildə görürdü. Biz isə bu vəziyyətlə barışa bilməzdik. Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu olmayacaq və həyat bunu göstərdi.
Biz hazırlaşırdıq, güclü ordu yaradırdıq, iqtisadi inkişafı təmin edirdik, çünki Ermənistandan fərqli olaraq heç bir kənar yerdən yardım almırdıq, ancaq öz gücümüzə güvənirdik. İqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, sözümüzü beynəlxalq tribunalarda qətiyyətlə deməyimiz, xalq-iqtidar birliyi, gənc nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması - bütün bu amillər bizi Qələbəyə doğru aparırdı. Bütün bu amillərin cəmləşməsi bu Qələbəni mümkün etmişdir. Cəmi 44 gün ərzində düşmənin 6-7 müdafiə xəttini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yaran bizim qəhrəman övladlarımız, hərbçilərimiz bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərmişdir. Biz düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Həmin düşmən hələ 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” demişdi. Biz onu məcbur etdik ki, bu gün “Qarabağ Azərbaycandır” deyir və bundan sonra da deyəcək, öz xoşu ilə yox.

İndi Ermənistanın bəzi Qərb havadarları Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər. Sanki bu 30 illik işğal olmayıb, dağıntılar olmayıb, vəhşilik olmayıb, Xocalı soyqırımı olmayıb. Məscidlərimizin, qəbirlərimizin dağıdılması, bütün Qarabağın, Şərqi Zəngəzurun viran edilməsi sanki olmayıb. Yəni, bunu unutdurmaq, dünya ictimaiyyətinə unutdurmaq istəyirlər. Amma biz heç vaxt bunu unutmayacağıq və Azərbaycan xalqı heç vaxt bunu unutmamalıdır, bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər və heç vaxt unutmamalıdırlar. Necə ki, biz Qarabağı 30 il ərzində unutmamışdıq, necə ki, 30 il ərzində xalqımız bir nöqtəyə vuraraq bu Qələbəni yaxınlaşdırırdı. Bundan sonra da bu tarixi yaddaş heç vaxt yadımızdan çıxmamalıdır.

Müharibə dövründə Ermənistan hərbi cinayətlər törətmişdir, dinc şəhərlərimizi bombalayırdı, “İsgəndər M”, “Toçka U”, “Elbrus” və digər dağıdıcı silahlarla hər gün şəhər və kəndlərimiz artilleriya atəşi altında idi. Amma bu, Azərbaycan xalqının iradəsinə bir zərrə təsir etmədi. Əksinə, dağıntılardan öz yaxınlarının meyitlərini çıxaran bizim soydaşlarımız bir amalla yaşayırdı ki, təki müharibə dayanmasın. Biz müharibəni vaxtında dayandırdıq və mən müharibənin ilk günündə demişdim ki, düşmən torpaqlarımızdan çıxmaq cədvəlini bizə verməlidir - nə vaxt hansı bölgədən çıxır, ondan sonra biz müharibəni dayandıracağıq. Ancaq bəzi insanlar, - bu, təbiidir, - hesab edirdilər ki, Azərbaycan rəhbərliyi bu beynəlxalq ermənipərəst qüvvələrin təzyiqinə davam gətirə bilməyə bilər və xalqımız narahat idi ki, işimiz yarımçıq qalacaq. Bu, təbiidir, çünki Azərbaycan o qədər də böyük dövlət deyil. Minsk qrupunun bütün həmsədrləri 30 il ərzində Ermənistanın arxasında dayanmışdı, biri pulsuz silah verirdi, biri pul verirdi, biri həm silah, həm pul verirdi, siyasi dəstək verirdi, bir məqsədlə ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlasınlar. Ona görə, təbii olaraq Azərbaycan vətəndaşlarının bəziləri narahat idi ki, müharibə yarımçıq qalacaq, biz öz istədiyimizə nail ola bilməyəcəyik, bizi kimsə dayandıracaq. Amma mən dedim, yox, heç kim bizi dayandıra bilməz, öldü var, döndü yoxdur. Sona qədər vuruşacağıq, ədaləti bərpa edəcəyik, beynəlxalq hüququ bərpa edəcəyik və Ermənistana onun yerini göstərəcəyik.

2020-ci il noyabrın 8-də tarixi Şuşa əməliyyatı demək olar ki, düşmənin belini qırmışdır. Ondan sonra cəmi bir gün keçdi və noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və biz müharibəni dayandırdıq.

Bugünkü reallıq, bugünkü uğurlarımız onu göstərir ki, o, yeganə düzgün addım idi. Biz bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmişik. Ondan sonra aparılan məqsədyönlü və düşünülmüş siyasət, qətiyyətli addımlar nəticəsində biz həm siyasi, həm strateji və hərbi-strateji mövqelərimizi böyük dərəcədə gücləndirdik, vacib olan yüksəkliklərə nəzarətimiz təmin olunandan sonra bir qrup separatçının, Qarabağda və Ermənistanda onların arxasında duranların aqibəti bəlli idi - ya Azərbaycan qanunlarına tabe olacaqlar, ya təslim olacaqlar, ya da məhv olacaqlar. Biz onlara seçim verdik və yenə də düzgün qərar qəbul etmədilər. Yenə də hesab edirdilər ki, kimsə onlara kömək edəcək, kimsə Azərbaycanı öz haqq işindən çəkindirəcək. 2023-cü ilin sentyabrında keçirilmiş cəmi bir neçə saat davam edən antiterror əməliyyatı onlara növbəti bir dərs olmuşdur və bununla da separatçılığın kökü kəsildi, kitabı bağlandı. İndi Qarabağ torpağında separatçıların izi-tozu da qalmayıb.

Bütün bu şanlı tarixi Azərbaycan xalqı öz qanı ilə, öz gücü ilə yazmışdır. Biz həm Vətən müharibəsi dövründə, həm ondan sonrakı dövr ərzində, antiterror əməliyyatı zamanı və ondan sonra düşməni məcbur etdik ki, Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal etdiyi 4 kəndini bizə qaytarsın, bu, öz xoşu ilə olmayıb. Bəli, heç bir güc tətbiq edilməmişdir, ancaq ona ehtiyac da qalmadı. İkinci Qarabağ müharibəsinin, antiterror əməliyyatının nəticələri hesab edirəm ki, Ermənistanın bu günə qədər düzgün addımlar atması üçün kifayətdir. Ancaq bir məsələ var, onu da biz unutmamalıyıq ki, bu gün bu vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər. Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər və mən dəfələrlə həm rəsmi çıxışlarımda, həm təmaslar əsnasında Ermənistan tərəfinə izah etməyə çalışırdım ki, bundan uzaq dursunlar, o fitnəyə getməsinlər. Öz maraqlarını təmin etmək üçün, onların dostları sayılan bəzi Qərb dövlətləri onları qurban verməyə hazırdırlar ki, yenə də Cənubi Qafqazda ara qarışsın, yenə də qan tökülsün, yenə də onlar bulanıq suda balıq tuta bilsinlər. Hələ ki, gec deyil, ona görə Ermənistan bu silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır, mən dəfələrlə bunu demişəm və onlar bilirlər ki, mənim sözümə diqqət yetirmək lazımdır. Hələ ki, gec deyil, bundan əl çəksinlər, onlar heç vaxt bizimlə rəqabət aparmaq gücündə olmayacaqlar. Biz müharibə istəmirik. Biz istədiyimizə nail olduq, ərazi bütövlüyümüzü təmin etdik, dövlət suverenliyimizi təmin etdik. Bütün sərhədlərdə ərazi bütövlüyü təmin edilir və keçmiş məcburi köçkünlər, qaçqınlar öz dədə-baba torpaqlarına qayıdırlar.

Biz indi quruculuq işləri ilə məşğuluq. Bizim üçün əsas məsələ budur. Amma görəndə ki, Ermənistan və onun arxasında duran, Azərbaycana düşmən gözü ilə baxan, bizə soyuq müharibə elan edən qüvvələr Ermənistanı silahlandırır, Ermənistan silahlanır, biz adekvat addım atmağa məcburuq. Otuz illik işğal tarixi bizim yaddaşımızdan silinmir və bayaq dediyim kimi, heç vaxt silinməməlidir. Biz hər an yeni təxribata hazır olmalıyıq və hazırıq. Azərbaycan Silahlı Qüvvələri hər an təxribatı dəf etmək üçün hazır vəziyyətdədir. Əgər kimsə yenidən bizim gücümüzü sınamaq istəyirsə, yenidən məğlub olacaq, yenidən biabır olacaq. Çünki 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir. Onu bizə bağışlaya bilmirlər. Ona görə Qərbdə Azərbaycana qarşı geniş, çirkin kampaniya aparılır. Ölkəmizi gözdən salmaq, olmazın iftiralarını uydurmaq, öz əlinin altındakı saxta xəbər mənbəyi olan media resurslarından, qeyri-hökumət təşkilatlarından istifadə edərək Azərbaycanı qaralamaq, şantaj etmək, ləkələmək, təhqir etmək, bax, o özünü alçaldılmış sayan Qərb dövlətlərinin və uğursuz Qərb liderlərinin məqsədidir və onların çirkin üsuludur. Azərbaycan xalqı bunu bilir və Ermənistan xalqı da bunu bilməlidir, kimdir onların əsas düşməni? Biz deyilik. Biz onlara heç bir pislik etməmişdik. Biz onlara çörək vermişdik. Onlar bizim torpağımızda yaşayıb, özləri üçün həyat qurmuşdular. Baxmayaraq ki, XIX əsrdə ancaq onlar buraya göndərilmişdi. Biz nə pislik etmişdik? Onlar bizə qarşı soyqırımı törətdilər - Xocalı soyqırımı. Otuz il ərzində bütün şəhər və kəndlərimizi dağıtdılar, məscidlərimizi təhqir etdilər, sökdülər. Bütün o bölgəni minalayıblar. Üç yüzdən çox insan artıq minaların qurbanı olub Azərbaycanda. Ona görə biz onların düşməni deyilik, onların düşməni onların arxasında duran və ondan sonra onların arxasından dovşan kimi, siçan kimi qaçan siyasətçilərdir. Mənim sözlərimə onlar yaxşı qulaq assınlar.

Biz isə bundan sonra da güclənəcəyik. Heç bir təzyiq, heç bir hədə-qorxu bizə bu günə qədər təsir etməyib. Bundan sonra da təsir etməyəcək. Xalq-iqtidar birliyi gücümüzün əsas mənbəyidir. İnkişafda olan Azərbaycan qürur mənbəyimizdir, şanlı Qələbəmiz isə bizim tarixi nailiyyətimizdir, tarixi zəfərimizdir.

Bu gün Zəfər Günündə şəhərimizin ən gözəl yerlərindən birində Zəfər parkı açılıb. Gözəl Zəfər tağı, Zəfər abidəsi, ərazisi 10 hektara yaxın olan gözəl park, onun aşağısında Zəfər muzeyi artıq inşa edilib, onun tərtibatı gedir. Gələcəkdə Zəfər muzeyi də olacaq. Bu gözəl yerdə şəhərimizin, yenə də deyirəm, ən gözəl yerlərindən birində bu gün bizim parlaq Zəfərimizi əks etdirən yeni simvolumuz artıq yaradılıb. Şəhərə gedən iki yolun kəsişməsində Zəfər tağı yerləşir. Həm müasir üslubda inşa edilib, həm çox əzəmətlidir. Hündürlüyü də 44 metrdir, sütunlarının da sayı 44-dür. Bu parkda və indi tərtib olunan muzeydə bir çox önəmli rəmzlər var. Bu rəmzlər bizimlə əbədi olacaq. Bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır.

Eşq olsun Azərbaycan xalqına, eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə, Qarabağ Azərbaycandır!”

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Azərbaycanı təbrik etdilər
backend
Mehriban Əliyevadan Zəfər Günü ilə bağlı paylaşım - Video
backend
Mehriban Əliyevadan Novruz bayramı paylaşımı
backend
"Döyüş meydanında qisasımızı aldıq" - Dövlət başçısı
backend
Vətən müharibəsinin ilk şəhidlərinin xatirəsinə abidə ucaldıldı
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 299

XƏBƏR LENTİ

Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşdü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5917 Ekm
“Qarabağ” – “Neftçi” qarşılaşması bu gün keçiriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5317 Ekm
İstanbulda sel fəlakəti: Ölənlərin sayı 5-ə çatdı, itkin düşənlər var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5117 Ekm
Samuxda ağır qəza: Avtomobil iki hissəyə bölündü, sürücü reanimasiyaya yerləşdirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4417 Ekm
Alyona Əliyevadan Anar Hüseynzadənin sərgisindən paylaşım [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4017 Ekm
Rusiya ordusu Donetsk vilayətində daha bir şəhəri nəzarətə götürdüyünü açıqlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3617 Ekm
İmişlidə qoşqulu traktorla “QAZ-53” toqquşdu: Pambıq yola səpələndi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:1917 Ekm
İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0917 Ekm
İsxak Hersoqun Bakıya səfəri ilə bağlı Türkiyədə yayılan iddialara aydınlıq gətirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0317 Ekm
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:5917 Ekm
Ürək köçürülən gənc nahardan sonra vəfat etdi: Bir il sonra toyu olacaqdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1516 Ekm
Qarabağ və Şərqi Zəngəzurun bərpasına 13,2 milyard manat ayrılması proqnozlaşdırılır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0816 Ekm
Standarta uyğun olmayan LED işıqlara görə sürücülər 150 manat cərimələnə bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0616 Ekm
Xırdalanda məktəbin şüşələrini daşla sındıran şəxs həbs edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0016 Ekm
Azərbaycanda nikah və boşanmaların sayı azalıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5316 Ekm
İlham Əliyev: “Müharibə bizim seçimimiz olmayıb, bizi müharibəyə Ermənistan məcbur edib” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5116 Ekm
İlham Əliyev: Azərbaycan AQEM-in gücləndirilməsinə prioritet diqqət ayırıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4816 Ekm
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2516 Ekm
Bakıda atla hərəkət edərək təhlükə yaradan şəxs saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2116 Ekm
Ceyhun Bayramov Çin XİN rəhbəri Vanq Yi ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1916 Ekm
Elmdən idarəçiliyə uzanan yol: Səadət Əliyevanın təhsil missiyası [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2415 Ekm
İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1315 Ekm
Bakıda məktəbin mühafizəçisinə hücum edilib – Əməliyyat olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1015 Ekm
İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0515 Ekm
Ərdoğanın sədrliyi ilə Türkiyə Prezident Administrasiyasının Ali Məşvərət Şurasının iclası keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0215 Ekm
Donald Tramp administrasiyası Barbara Tornhilli xüsusi səfir təyin edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0015 Ekm
İlham Əliyevin İsrail Prezidenti İsxak Hersoq ilə görüşü olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5415 Ekm
İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4515 Ekm
Bakıda atasını öldürməkdə təqsirləndirilən Ayxan Vəlizadəyə hökm oxunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:0115 Ekm
Gədəbəydə dəhşətli qəza: Sərxoş sürücünün həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:5015 Ekm
Azərbaycanda ödəniş sistemləri üzrə yeni tariflər təsdiqlənib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1314 Ekm
Media və Yayım Şurası: Azərbaycana qarşı koordinasiyalı informasiya hücumları intensivləşib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1114 Ekm
İlham Əliyev “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0514 Ekm
Azərbaycanda dövlət qurumlarının saytlarına kiberhücum olub – Rəsmi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5814 Ekm
“İlin Vəhşi Təbiət Fotoqrafı 2026” müsabiqəsinin qalibi bəlli olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5314 Ekm
Şirvanda taxtdan yıxılan bir yaşlı körpə Bakıda xəstəxanada vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3814 Ekm
Alyona Əliyeva “44” bədii filminin təqdimat mərasimindən paylaşım edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2814 Ekm
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2214 Ekm
Allahşükür Paşazadə məktəblərdə vahid geyim forması ilə bağlı müzakirələrə münasibət bildirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5914 Ekm
Filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5014 Ekm
Gəncə İdman Liseyi – sağlam gələcəyin, güclü iradənin və idman uğurlarının ünvanı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:1513 Ekm
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinə yeni rəhbər təyin edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3413 Ekm
“Sabah”ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2913 Ekm
İranın daxili işlər naziri Azərbaycana səfər edib – Vilayət Eyvazovla görüş keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2713 Ekm
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə