İranda “Ticarət News” xəbər saytının baş redaktoru Mərziyə Mahmudiyə İran məhkəməsi tərəfindən ikinci dəfə 24 milyon tümən (972 ₼) cərimə cəzası verilib.
Jurnalist, həmçinin 1 il müddətinə Xorasan-e Rəzəvi əyalətinin ucqar Türbət Cam şəhərinə sürgün edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Jurnalist özünün “Twitter” hesabında bununla bağlı paylaşım edib. O bildirib ki, etiraz aksiyalarında iştirak edən qadınları təhqir edən radikal molla və keçmiş millət vəkili Həmid Rəsayinin şikayəti əsasında cəzalandırılıb.
Qeyd edək ki, İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, İranda etiraz aksiyaları başlayandan bu günə kimi 100-ə yaxın jurnalist həbs olunub.