
XALQ məlumatına görə, sənəd parlamentin bu gün baş tutan plenar iclasında müzakirəyə çıxarılaraq qəbul olunub.
Rəsmi göstəricilərə əsasən, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat həcmində nəzərdə tutulur. Bu rəqəm 2025-ci ilin proqnozu ilə müqayisədə 253 milyon manat və ya 0,7 faiz, 2024-cü ilin faktiki icrası ilə müqayisədə isə 1 milyard 447,2 milyon manat və ya 3,9 faiz artıqdır.
Gələn ilin büdcə xərcləri isə 41 milyard 703,6 milyon manat səviyyəsində planlaşdırılır. Bu göstərici 2025-ci ilin proqnozundan 296 milyon manat (0,7 faiz), 2024-cü ilin icrasından isə 3 milyard 990 milyon manat (10,6 faiz) çoxdur.
Hesabat ilində büdcə kəsirinin yuxarı həddi 3 milyard 94,6 milyon manat olmaqla, ÜDM-in 2,3 faizi səviyyəsində müəyyən edilib.
Ayaz





