
XALQ xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova noyabrın 20-də keçirdiyi brifinqdə məlumat verib.
O xatırladıb ki, ötən il İstanbulda keçirilən görüşdə qəbul olunmuş qərara əsasən, 2024-cü ilin oktyabrın 18-də baş tutan son toplantının ardından növbəti görüşün ev sahibliyini Bakı və ya İrəvan təmin etməlidir:
“Ümid edirik ki, Azərbaycan və Ermənistan tərəfləri tədbirin keçirilmə ardıcıllığına dair operativ qərar verəcək – hansı ölkənin bu il, hansının isə gələn il toplantıya ev sahibliyi edəcəyi paket razılaşma əsasında müəyyənləşdirilməlidir. Rusiya tərəflərin qəbul edəcəyi birgə qərarı dəstəkləməyə hazırdır”.
Qeyd edək ki, platformaya Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistan daxildir. Layihənin müəllifləri Azərbaycan və Türkiyədir. Məqsəd region ölkələrini bir platformada birləşdirməklə bölgədə daimi sabitliyi, əməkdaşlıq mühitini təmin etməkdir.





