• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Rusiya Ermənistandan gedir - İrəvan yaranan boşluğu hərraca çıxaracaq - ŞƏRH [xfvalue_red]

9 Ekm, 24 - 15:14

Rusiya Ermənistandan gedir - İrəvan yaranan boşluğu hərraca çıxaracaq - ŞƏRH


MDB-nin Moskvadakı sonuncu Zirvə toplantısı Rusiya-Ermənistan münasibətlərinə bir daha aydınlıq gətirdi. Məlum oldu ki, iki ölkə arasında əlaqələr əvvəlkindən də yüksək səviyyədə və daha əhatəlidir.

Sammit çərçivəsində Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli münasibətlərə dair məsələləri müzakirə edib.
Rusiya Ermənistandan gedir - İrəvan yaranan boşluğu hərraca çıxaracaq - ŞƏRH

Kremlin indiki rəhbəri deyib ki, 2024-cü ildə ölkələr arasında ticarət dövriyyəsi rekord həddə çata bilər. Onun sözlərinə görə, 2023-cü ildən Rusiya-Ermənistan ticarət dövriyyəsi 7,4 milyard dollar təşkil edib: “Bu ilin ilk yarımilində isə 2,5 dəfə artaraq 8,3 milyard dolları ötüb”.

Putin vurğulayıb ki, əməkdaşlıq bu templə irəliləsə, ilin sonuna göstərici 14-16 milyard dollar təşkil edəcək. Onun sözlərinə görə, Rusiya Ermənistan iqtisadiyyatının aparıcı investorudur: “İqtisadiyyata toplanmış investisiyaların ümumi həcmi 4 milyard dollardır”.

Ermənistan Statistika Komitəsinin hesabatına görə, 2024-cü ilin ilk yeddi ayında ölkənin xarici ticarət dövriyyəsinin həcmi 20,4 milyard dollara çatıb. Ticarət dövriyyəsində əsas pay üç tərəfdaşa düşür: Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Çin. Bu dövlətlərin payı ölkənin ümumi xarici ticarət dövriyyəsinin təxminən 72 faizini təşkil edir ki, bu da onların Ermənistanın xarici iqtisadi əlaqələrində dominant rolunu göstərir.
Rusiya Ermənistandan gedir - İrəvan yaranan boşluğu hərraca çıxaracaq - ŞƏRH

Ötən illərdə Ermənistanın ən böyük ticarət tərəfdaşı olan Avropa İttifaqı, 2024-cü ilin yanvar-iyul aylarının göstəricilərinə əsasən, bu siyahıda dördüncü yeri tutub. İttifaqla ticarət dövriyyəsi 21,4 faiz azalaraq 1,27 milyard dollar təşkil edib. Bu isə xarici ticarətin yalnız 6,3 faizini təşkil edib, ötən il bu göstərici 15,4 faiz olub.

Hesabat dövründə Ermənistan mallarının Aİ-yə ixracı 26,3 faiz azalaraq 332 milyon dollar təşkil edib. Avropa İttifaqı ölkələrindən idxalın həcmi 19,4 faiz azalıb. Belə ki, 2024-cü ilin ilk yeddi ayında Ermənistan quruma üzv ölkələrdən 940 milyon dollar dəyərində mal idxal edib.
Rusiya Ermənistandan gedir - İrəvan yaranan boşluğu hərraca çıxaracaq - ŞƏRH

Bu göstəricilər rəsmi İrəvanın Moskvaya münasibətinə yenidən baxmasına səbəb ola bilər.

Məlumatlara əsasən, ehtimal etmək olar ki, Rusiya Ermənistandan imtina edə bilər. İndiki şərtlər daxilində, bu halda daha çox uduzan ermənilərin respublikası və cəmiyyəti olacaq. Bu baxımdan, Vladimir Putin bu rəqəmləri Nikol Paşinyanın diqqətinə çatdırmaqla rəsmi İrəvana yerini göstərib.

Tərəflər arasında mübahisəli məsələlərdən biri də Ermənistanın dövlət sərhədinin qorunmasıdır. Görüşdə bu istiqamətdə razılıq əldə edilib. 2025-ci il yanvarın 1-dən Ermənistan-İran, Ermənistan-Türkiyə dövlət sərhədinin mühafizəsini Rusiya və Ermənistan sərhədçiləri birgə, ancaq Ermənistan-İran nəzarət -buraxılış məntəqəsində xidməti tamamilə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları həyata keçirəcək.
Rusiya Ermənistandan gedir - İrəvan yaranan boşluğu hərraca çıxaracaq - ŞƏRH

Nikol Paşinyan və komandasının başqa üzvləri bildirmişdi ki, Zəngəzur yolu açılarsa, onun təhlükəsizliyini xarici ölkələrin özəl mühafizə xidmətinə həvalə edə bilər.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzalandığı üçtərəfli bəyanatda belə yazılıb: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin edir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir”.

Cənub sərhədlərinə Rusiyanın nəzarəti azalacağı halda bəyanatın bəhs etdiyimiz maddəsinin icrasına problem olmayacaq. Belə ehtimal etmək olar ki, vəziyyət o yerə çatdıqda rəsmi İrəvan xariciləri, Rusiya istisna olmaqla, ölkəyə dəvət edə bilər. Başqa sözlə, Ermənistan hakimiyyətinin İranla nəzarət-buraxılış məntəqəsində xidməti də əcnəbilərlə reallaşdırması mümkündür.

Çünki onun belə bir təcrübəsi var. Rəsmi İrəvanın dəvəti ilə Azərbaycanla şərti sərhədə Avropa İttifaqı Mülki müşahidə missiyasının yerləşdirilməsi buna örnəkdir. Azərbaycanla sərhədlər müəyyənləşmədən, tərəflər arasında sülh sazişi imzalanmadan Fransanın patronluğu ilə monitorinqçilərin sərhədə dislokasiya olunması rəsmi İrəvan və Qərb tərəfindən regionun gələcəyinə xoş olmayan hadisələr vəd edə bilər. Çünki əvvəlcə bu missiyanın qısamüddətli və sayının az olacağı bildirilirdi. Hazırda onların sayı 200-dən çoxdur. Bu missiya iki ildən artıqdır bölgədə yerləşib. Həmin missiya sərhədə gətirildikdən sonra Ermənistan KTMT-dən çıxmaq məsələsini gündəliyə çıxarıb, qurumda fəaliyyətini dondurub.
Rusiya Ermənistandan gedir - İrəvan yaranan boşluğu hərraca çıxaracaq - ŞƏRH

Ona görə də Ermənistanın perspektivdə İranla sərhəddəki nəzarət-buraxılış məntəqəsində, məsələn, Fransa, yaxud başqa bir ölkənin sərhədçiləri ilə əməkdaşlıq edə biləcəyi də istisna edilmir. Yaxud həmin məntəqədə Qərbin avadanlığının, o cümlədən kəşfiyyat məqsədli texniki qurğularının yerləşdirilməyəcəyinə də təminat yoxdur. Ermənistan Azərbaycanla şərti sərhəddə müşahidə missiyasının bütün bu əməllərinə imkan yaradıb və icazə verib.

Rusiya Ermənistanın İran və Türkiyə sərhədlərinə təkbaşına nəzarətdən imtina etməklə bu hərbçilərin də ölkəni tərk edə biləcəyinin anonsunu verir. Belə olacağı təqdirdə rəsmi İrəvanın ölkəyə başqa dövlətlərin qoşununu dəvəti ehtimalı istisna edilmir. Ermənistan NATO-ya üzv olmağı da hədəfləyir. Bu ölkənin Müdafiə Nazirliyində ABŞ hərbçilərinin işləməsi, Birləşmiş Ştatların və Fransanın ona hərbi yardımı gələcəkdə RF qoşunlarını onların ordusunun əvəzləyəcəyi gözləniləndir. Hər halda İrəvan bu məsələni Vaşinqtonla Paris arasında hərraca da çıxara bilər. Ancaq belə güman etmək olar ki, bunlar hələ sonra baş verəcək.

Hələ ki, Rusiya Ermənistandan sərhədçilərini çıxarır. RF bu il hərbçilərini "Zvartnos" hava limanından çıxarıb, gələn il İran və Türkiyə ilə sərhəddə hərbçilərinin sayını azaldacaq və s.

Beləliklə, Nikol Paşinyanın Moskva səfəri region dövlətləri, xüsusən İran üçün yaxşı heç nə vəd etmir. Çünki nəzarət-buraxılış məntəqəsində RF sərhədçiləri ilə bağlı Tehranda müəyyən arxayınlıq var idisə, gələcəkdə oradakı xidmət Tehran üçün etibarlı olmaya bilər. Odur ki, “Rusiya gedir, kim gəlir” sualına cavab açıqdır.(Report)

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Putin: 2024-cü ildə Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi rekord həddə çata bilər
backend
İrəvandan Kremlə milyardlarla dollarlıq dəstək
backend
Azərbaycanın ən böyük ticarət tərəfdaşı bu ölkədir
backend
Türk dövlətləri arasında ticarət dövriyyəsi ildə 42 milyard dollara çatıb
backend
“İqtisadi operatorlarımız Azərbaycan iqtisadiyyatına 4,5 milyard dollar sərmayə yatırıblar” - Putin
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 299

XƏBƏR LENTİ

İsmayıllıda 3 maqnitudalı zəlzələ baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5619 Ekm
“Borussiya Dortmund” Bakıya yola düşdü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5519 Ekm
Bakıda anasını geyiminə görə mübahisə zamanı qətlə yetirən Ayxana 7 il 6 ay həbs cəzası verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5219 Ekm
FHN ötən həftə 149 yanğına müdaxilə edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4719 Ekm
Anar Bayramov səhiyyə naziri təyin edildi – DOSYE [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1419 Ekm
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi – Prezidentdən Fərman [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0919 Ekm
Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki hərbçi həbs edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0319 Ekm
Trampdan Netanyahuya açıq dəstək: Yenidən seçilməsini istəyir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5219 Ekm
Rusiyada MMA döyüşçüsünə atəş açıldı: Vəziyyəti ağırdır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4619 Ekm
Bakıda ağır qəza: Bir nəfər həyatını itirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4219 Ekm
Xırdalanda yaşayış kompleksinin ərazisində baş verən yanğın söndürülüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2118 Ekm
Türkiyəli narkotik alverçisi Almaniyada xəstəxanadan skuterlə qaçırılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1718 Ekm
“Qarabağ” – “Neftçi” derbisindən sonra 19 nəfər saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0718 Ekm
18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0418 Ekm
Qurban Qurbanov: “Yeni futbolçuların uyğunlaşması üçün vaxt lazımdır” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5818 Ekm
Hikmət Hacıyev azərbaycanlılarla almanların ortaq tarixi yaddaşını əks etdirən filmi paylaşıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5618 Ekm
Bakıda gəmidə çalışan dənizçinin üzərindən narkotik aşkarlanıb – məhkəmə hökm çıxarıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5118 Ekm
Bərdə xəstəxanasında huşsuz pasiyenti döyən sanitar işdən çıxarılıb, araşdırma başlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4518 Ekm
Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3818 Ekm
Ukrayna millisinin sabiq futbolçusu Roman Maksimyuk müharibədə həlak olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2718 Ekm
Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşdü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5917 Ekm
“Qarabağ” – “Neftçi” qarşılaşması bu gün keçiriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5317 Ekm
İstanbulda sel fəlakəti: Ölənlərin sayı 5-ə çatdı, itkin düşənlər var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5117 Ekm
Samuxda ağır qəza: Avtomobil iki hissəyə bölündü, sürücü reanimasiyaya yerləşdirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4417 Ekm
Alyona Əliyevadan Anar Hüseynzadənin sərgisindən paylaşım [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4017 Ekm
Rusiya ordusu Donetsk vilayətində daha bir şəhəri nəzarətə götürdüyünü açıqlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3617 Ekm
İmişlidə qoşqulu traktorla “QAZ-53” toqquşdu: Pambıq yola səpələndi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:1917 Ekm
İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0917 Ekm
İsxak Hersoqun Bakıya səfəri ilə bağlı Türkiyədə yayılan iddialara aydınlıq gətirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0317 Ekm
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:5917 Ekm
Ürək köçürülən gənc nahardan sonra vəfat etdi: Bir il sonra toyu olacaqdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1516 Ekm
Qarabağ və Şərqi Zəngəzurun bərpasına 13,2 milyard manat ayrılması proqnozlaşdırılır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0816 Ekm
Standarta uyğun olmayan LED işıqlara görə sürücülər 150 manat cərimələnə bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0616 Ekm
Xırdalanda məktəbin şüşələrini daşla sındıran şəxs həbs edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0016 Ekm
Azərbaycanda nikah və boşanmaların sayı azalıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5316 Ekm
İlham Əliyev: “Müharibə bizim seçimimiz olmayıb, bizi müharibəyə Ermənistan məcbur edib” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5116 Ekm
İlham Əliyev: Azərbaycan AQEM-in gücləndirilməsinə prioritet diqqət ayırıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4816 Ekm
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2516 Ekm
Bakıda atla hərəkət edərək təhlükə yaradan şəxs saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2116 Ekm
Ceyhun Bayramov Çin XİN rəhbəri Vanq Yi ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1916 Ekm
Elmdən idarəçiliyə uzanan yol: Səadət Əliyevanın təhsil missiyası [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2415 Ekm
İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1315 Ekm
Bakıda məktəbin mühafizəçisinə hücum edilib – Əməliyyat olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1015 Ekm
İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0515 Ekm
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə