
XALQ xəbər verir ki, görüntülər Abşeron ray. Xırdalan şəhəri məhəllə 26da yerləşən binanın 1ci blokundandı.
Sakinlər deyirlər ki, müvəqqəti olaraq çökən yerin üstünü taxta ilə örtüblər. Amma bu da təhlükəlidir.
Sakinlərin deyirlər ki, binanın giriş hissəsinin çökməsinə səbəb zirzəminin çirkli su ilə dolmasıdı.
Məsələ ilə bağlı Abşeron r. İcra hakimiyyətinə müraciət etdik. Qurumdan “Xəzər Xəbər”ə bildirildi ki, Sözügedən problemlə bağlı məlumatlıdırlar. Pilləkən-qəfəsinin bərpa olunması ilə bağlı mal-materiallar sifariş verilib. Gələn həftə təmir-bərpa işlərinə başlanılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.





