
Əsgərov Şahin Abdulla oğlu 2015-ci ildən Xızı rayonunun Yeni Yaşma kənd ərazi inzibati dairəsi nümayəndəsi vəzifəsində çalışır. Ehtiyyatda olan zabit olaraq o, həm hərbi, həm də inzibati sahədə yüksək məsuliyyət və fədakarlıq nümayiş etdirib.
Şahin Əsgərovun fəaliyyətində vətəndaşlarla səmimi və açıq ünsiyyət, onların problemlərinə operativ və vicdanlı yanaşma ön plandadır.
Xidmət illərində göstərdiyi sədaqət və peşəkarlıq nəticəsində bir çox orden və medallarla təltif olunmuşdur ki, bu da onun vətənə olan bağlılığını və işinə verdiyi dəyəri göstərir. Şahin Əsgərov həmkarları tərəfindən hörmətlə qarşılanır, kənd sakinləri onun nümunəvi rəhbərlik və insani keyfiyyətlərinə yüksək qiymət verir.
Onun rəhbərliyi altında Yeni Yaşma kənd ərazi inzibati dairəsi sakinlər üçün əlçatan və etibarlı bir idarə nümunəsinə çevrilmişdir. Əsgərov Şahin Abdulla oğlu həm vətənə, həm də vətəndaşlarına xidmət baxımından əsl nümunəvi şəxsiyyətdir.
QanunTv.az
Bəxtiyar Vəliyev





