• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Şəmkir sahibkarlarına qarşı açıq təzyiq: Qida Agentliyi rayonda bazarları niyə iflic vəziyyətinə salır? [xfvalue_red]

9 Şub, 26 - 10:03

Şəmkir sahibkarlarına qarşı açıq təzyiq: Qida Agentliyi rayonda bazarları niyə iflic vəziyyətinə salır?

Şəmkir rayonunda baş verənlər artıq sadəcə narazılıq deyil, açıq şəkildə sosial gərginlik yaradan ciddi problemdir. Rayon ərazisində kifayət qədər bazar olduğu halda, insanların öz rayonunda heyvan alqı-satqısı etməsinə məhdudiyyət qoyulması, sahibkarların sıxışdırılması və kənd adamının dolanışıq imkanlarının əlindən alınması heç bir məntiqə sığmır.

Qazax-Tovuz Qida Təhlükəsizliyi Agentliyi şöbəsinin rəhbərliyi Şəmkir rayonunda sahibkarlara qarşı faktiki olaraq divan tutur. Yerli bazarlarda satışın qarşısı alınır, kənd adamı öz heyvanını öz bazarında sata bilmir, insanlar məcburi şəkildə Gəncə şəhərində yerləşən vasitəçi bazarına yönləndirilir.

Bu nə deməkdir?

Bu o deməkdir ki, Şəmkir sakini öz rayonunda qazanc əldə edə bilmir, bazarlar boşaldılır, yerli ticarət boğulur və sadə vətəndaş bilərəkdən çətin vəziyyətə salınır.

Rayon sakini heyvanını öz bazarında satmaq üçün cəmi 3-5 manat xərc çəkə bildiyi halda, niyə əlavə yol pulu ödəyib Gəncəyə getməlidir? Niyə kənd adamı öz rayonunda yox, başqa şəhərdə vasitəçilərin əlində qalmalıdır?

Bu, açıq şəkildə sosial ədalətsizlikdir!

Hər adamın Gəncəyə getməyə imkanı yoxdur.
İnsanlar ailə dolandırır, kənd təsərrüfatı ilə çörək qazanır. Yol xərci, vaxt itkisi, əlavə yük onların belini daha da bükür. Üstəlik, Gəncədə bazara gedən kəndli birbaşa alıcıya yox, dəllala möhtac qalır. Bu isə qiymətlərin süni şəkildə aşağı salınmasına, kəndlinin ziyana düşməsinə səbəb olur.

Belə çıxır ki, qazanan yenə vasitəçilərdir, itirən isə sadə Şəmkir camaatı!
Bu cür idarəçilik dövlət nəzarəti deyil. Bu, sahibkara qarşı təzyiq, kənd adamına qarşı haqsızlıq və rayon iqtisadiyyatına zərbədir.

Sual yaranır:

• Şəmkirdə bazarlar ola-ola niyə insanlar orada satış edə bilmir?

• Bu məhdudiyyət kimə xidmət edir?

• Rayon sahibkarını sıxışdırmaqla hansı məqsəd güdülür?

• Niyə kəndli öz halal qazancını qazanmaq üçün başqa şəhərə sürgün edilir?

Dövlət qurumlarının vəzifəsi vətəndaşı qorumaq, şərait yaratmaqdır. Amma burada əksinə, vətəndaşın çörəyinə mane olmaq, sahibkarlığı boğmaq, insanları narazı salmaq siyasəti aparılır.
Bu cür addımlar yalnız narazılığı artırır, dövlətə olan inamı sarsıdır və ictimai qəzəbi alovlandırır.

Şəmkir sahibkarları və rayon əhalisi haqlı olaraq tələb edir:

Bu qanunsuz məhdudiyyət dərhal aradan qaldırılsın! İnsanlar öz rayonunda sərbəst şəkildə alqı-satqı edə bilsin! Rayon bazarları boşaldılmasın, kəndlinin qazancı dəllalların cibinə axmasın!

Aidiyyəti qurumlar dərhal bu məsələyə müdaxilə etməli, Qazax-Tovuz Qida Təhlükəsizliyi Agentliyinin Şəmkirdə yaratdığı bu süni problemlərə son qoymalıdır.

Əks halda bu vəziyyət daha da böyüyəcək və məsul şəxslər gec-tez xalq qarşısında cavab verməli olacaq!

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
backend
İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB
backend
İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasında - FOTOLAR (YENİLƏNİB)
backend
İlham Əliyev xanımı və oğlu ilə birlikdə Şuşada - FOTOLAR (YENİLƏNİB)
backend
Məktəbli ləvazimatının qiymətləri nə qədər artırılıb? – “Sədərək” və yarmarkadan REPORTAJ + FOTO
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 091

XƏBƏR LENTİ

Sərhəd Qoşunlarının keçmiş komandanı general-mayor Abbasəli Novruzov vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2516 Ağu
Bəxtiyar Vahabzadə – Azərbaycan sözünün və milli düşüncənin böyük siması [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1916 Ağu
Moskva vilayətinə kütləvi dron hücumu: Ölən və yaralananlar var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1616 Ağu
Tovuzda 25 yaşlı sürücü ağır qəzada ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1316 Ağu
ABŞ-da “doğuş turizmi” ilə bağlı daha 150 vizanın ləğv edildiyi açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0716 Ağu
19 yaşlı almaniyalı üzgüçü dünya rekordunu yenilədi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0116 Ağu
Polşada 55 metrdən hündür Məryəm Ana heykəli ucaldılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0016 Ağu
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5816 Ağu
Ucarda iki yük avtomobili toqquşub: İki nəfər ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5516 Ağu
Astarada 60 yaşlı kişi ağacdan yıxılaraq ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5116 Ağu
Abdullah Zubir “Qarabağ”dan ayrıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4216 Ağu
Siyəzən səhiyyəsində peşəkarlıq və insanpərvərlik nümunəsi – Nərgiz Əliyeva [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1615 Ağu
Sumqayıtda 6 avtomobil toqquşub – xəsarət alanlar var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0815 Ağu
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini bildirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0015 Ağu
Nardaranda hovuzda ayağı su nasosunda sıxılan uşaq ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4515 Ağu
Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə 560 ton buğda göndəriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3015 Ağu
“Turan Tovuz” mövsümə qələbə ilə başladı – “Qəbələ” məğlub oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2115 Ağu
Rövşən Fətullayevə Ekologiya Nazirliyində vəzifə verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1115 Ağu
Ağdamda açıq ərazidə yanğın başlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0315 Ağu
Azərbaycan və Belarus arasında statistika sahəsində əməkdaşlıq memorandumu təsdiqlənib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0015 Ağu
Toxumçuluq sahəsində yeni dövlət rüsumları müəyyənləşdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5515 Ağu
Hacıqabul səhiyyəsinin inkişafında məsuliyyətli rəhbərlik nümunəsi – Gülşən Qəmbərova [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:1414 Ağu
İnsan sağlamlığının keşiyində dayanan nümunəvi rəhbər – Novruzov Şamil [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1814 Ağu
Quliyev Osman Vəli oğlu – Qobustan bələdiyyəsinə rəhbərlik edən nümunəvi şəxsiyyət [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4814 Ağu
Yasamalın bəzi ərazilərində işıq olmayacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0414 Ağu
Zaqatalada avtomobil aşıb: 17 yaşlı sürücü də daxil olmaqla 4 nəfər xəsarət alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0014 Ağu
Erlinq Holand Ginnesin Rekordlar Kitabına dörd rekordla düşdü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5814 Ağu
Xankəndiyə növbəti köç karvanı yola salınıb – 22 ailə, 102 nəfər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5614 Ağu
ABŞ İranla müharibədə “MQ-9 Reaper” PUA-larının 25%-ni itirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5314 Ağu
XİN: İki gün ərzində Azərbaycanda iki mina partlayışı baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5114 Ağu
Kəlbəcərdə mina partlayışı: 73 yaşlı kişi xəsarət alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4614 Ağu
Şamil Əliyevə Naxçıvanda yüksək vəzifə verildi – FOTO [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3614 Ağu
FHN: Bu il suda boğulma təhlükəsi ilə üzləşən 66 nəfər xilas edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2414 Ağu
Salahova Xuraman Xanlar qızı – məktəbəqədər təhsilin inkişafına dəyərli töhfə verən rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4714 Ağu
Məleykə Abbaszadədən abituriyentlərə VACİB MƏSLƏHƏT: “Ən çox istədiyiniz ixtisası birinci yazın” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2313 Ağu
İlham Əliyev Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1213 Ağu
Qarayara xəstəliyi necə yayılır? – VACİB AÇIQLAMA [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0613 Ağu
Kür çayında batan 21 yaşlı oğlanın meyiti tapılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2313 Ağu
Bakıda mağazada başlayan yanğın mənzillərə keçib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1513 Ağu
Bakı-Quba yolundakı qəzada AAYDA əməkdaşı həlak olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0313 Ağu
Naxçıvanda Əcəmi Naxçıvaninin abidəsinin açılışı olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5013 Ağu
Səbinə Salmanova: Naxçıvan üçün yeni era başlayır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4613 Ağu
Bəhruz Məhərrəmov: Naxçıvan yeni geoiqtisadi qovşağa çevrilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2613 Ağu
Heydər Əliyev prospektində qəza: Yolun kənarında dayanan avtomobilə çırpıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1113 Ağu
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə