
Alyona Əliyeva və Anar Ələkbərov Dənizkənarı Milli Park ərazisində təşkil olunmuş Novruz yarmarkasını ziyarət ediblər.
Qanuntv.az xəbər verir ki, qonaqlar yarmarka çərçivəsində qurulan köşklərlə tanış olub, müxtəlif milli təamların dadına baxıblar.
Ziyarət zamanı Azərbaycanda ilk inklüziv kafe kimi fəaliyyət göstərən Kaşalata kafenin köşkü də diqqətdə saxlanılıb. Kafenin əməkdaşlarına təbriklər çatdırılıb, onların fəaliyyətinə uğurlar arzulanıb.
Qonaqlar, həmçinin yarmarka ərazisində təşkil olunan əyləncə zonasında olub, müxtəlif hədiyyəli yarışlarda iştirak edərək özlərini sınayıblar.
Sonda Alyona Əliyeva ziyarətçilər və iştirakçılarla xatirə şəkilləri çəkdirib, ona müxtəlif hədiyyələr təqdim olunub.











