
Bu gün – 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
Qanuntv.az xəbər verir ki, bu əlamətdar gün ilk dəfə 1950-ci ildə qeyd olunmağa başlanıb. Belə ki, BMT Baş Assambleyasının təşəbbüsü ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-nin uşaqların müdafiəsinə həsr olunması barədə qərar qəbul edilib. Həmin tarixdən etibarən 1 İyun dünyanın bir çox ölkəsində Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur.
Bu günün əsas məqsədi uşaqların hüquqlarının qorunmasına diqqət çəkmək, onların sağlam, təhlükəsiz və xoşbəxt mühitdə böyüməsini təmin etməkdir.
BMT tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyası uşaqların hüquqlarının müdafiəsi sahəsində ən mühüm beynəlxalq sənədlərdən biri hesab olunur. Azərbaycan da müstəqillik əldə etdikdən sonra bu konvensiyaya qoşularaq uşaq hüquqlarının qorunması istiqamətində mühüm öhdəliklər götürüb.
Bu gün Azərbaycanda da uşaqların rifahının yüksəldilməsi, təhsil, səhiyyə və sosial müdafiə hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi diqqətdə saxlanılır.
Qeyd edək ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ölkənin müxtəlif bölgələrində uşaqlar üçün bayram tədbirləri, əyləncəli proqramlar və sosial aksiyalar təşkil olunur.
Qanuntv.az





