
Prezident Kitabxanası Azərbaycanın görkəmli oftalmoloq-alimi, akademik və ictimai xadimi Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş “Zərifə Əliyeva” adlı çoxdilli virtual kitab sərgisi hazırlayıb.
Qanuntv.az xəbər verir ki, kitabxanadan verilən məlumata görə, sərgidə akademikin zəngin elmi-pedaqoji irsi, tibb elminin inkişafına verdiyi töhfələr, ictimai fəaliyyəti, eləcə də vətənə və xalqa bağlılıq ruhunda keçən ömür yolu geniş şəkildə təqdim olunub.
Virtual sərgidə müxtəlif dillərdə nəşr edilmiş kitablar, elmi əsərlər və bioqrafik materiallar yer alır. Bu nəşrlər vasitəsilə Zərifə Əliyevanın oftalmologiya sahəsində apardığı fundamental tədqiqatlar, əldə etdiyi elmi nailiyyətlər, humanist dəyərlərə sədaqəti və uzunillik pedaqoji fəaliyyəti ətraflı işıqlandırılır.
Bununla yanaşı, sərgidə alimə həsr olunmuş xatirə-oçerklər, publisistik yazılar və tədqiqat əsərləri də təqdim edilir. Bu materiallar onun yalnız alim kimi deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik ziyalı obrazını əks etdirir.
Qeyd edək ki, sərgi Prezident Kitabxanasının rəsmi veb-saytı vasitəsilə ictimaiyyətə açıqdır və geniş oxucu auditoriyası üçün mühüm elmi-informasiya mənbəyi rolunu oynayır.
Sərgi ilə aşağıdakı link vasitəsilə tanış olmaq olaq mümkükdür:
My Webpage





