
Qanuntv.az xəbər verir ki, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə rəis müavini təyin edilib.
“Qafqazinfo”nun yaydığı məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Füzuli İmrəliyev Agentlik rəisi Sərdar Səfərovun müavini vəzifəsinə təsdiqlənib.
Qeyd edək ki, Füzuli İmrəliyev Vətən müharibəsi zamanı bir neçə rayonun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib və şücaət göstərib. O, Daşaltı əməliyyatı zamanı yaralanıb, müxtəlif orden və medallarla təltif olunub.
Bildirilib ki, polkovnik daha əvvəl Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunları və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində çalışıb.





