
Keçmiş millət vəkili, Zərdab Peşə Liseyinin sabiq direktoru Əlihüseyn Əliyev vəfat edib.
Qanuntv.az xəbər verir ki, o, bu gün 77 yaşında dünyasını dəyişib.
Məlumata görə, Əlihüseyn Əliyev 1949-cu ildə Zərdab rayonunda anadan olub. O, müxtəlif illərdə Zərdab rayonunu təmsil edərək iki dəfə Azərbaycan Milli Məclisinin deputatı seçilib.
Əmək fəaliyyəti dövründə təhsil sahəsində də çalışmış Əlihüseyn Əliyev 1991–2016-cı illərdə Zərdab Texniki Peşə Liseyinin direktoru vəzifəsində işləyib.
Allah rəhmət eləsin.





