
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva sosial şəbəkə hesabında paylaşım edərək doğum günü münasibətilə ünvanlanan təbriklərə görə minnətdarlığını ifadə edib.
Paylaşımında o, təbrik göndərən hər kəsə təşəkkürünü bildirərək xoş arzularını bölüşüb.
Leyla Əliyeva paylaşımında qeyd edib:
"Əziz dostlar, təbriklərinizə görə minnətdaram. Allah hamını qorusun və xeyirxahlığa, nura, sevgiyə və özümüzə olan inamımız qəlblərimizi heç zaman tərk etməsin".
Paylaşım sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb və çoxsaylı müsbət rəylər toplayıb.





