
Hacıqabul Rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən üç qurum birləşdirilərək yeni müəssisə yaradılıb.
Məlumata görə, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun müvafiq əmri ilə Yaşıllaşdırma və Abadlıq İşləri İdarəsi, Kommunal Təsərrüfat İdarəsi və Mənzil İstismar Sahəsi birləşdirilərək onların bazasında "Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsi" MMC təsis edilib.
Yeni yaradılan qurumun rəisi vəzifəsinə Aqil Aslanov təyin olunub.
Qeyd edək ki, həyata keçirilən struktur dəyişikliyinin məqsədi mənzil-kommunal xidmətlərinin daha səmərəli təşkili və idarəetmənin təkmilləşdirilməsidir.





