• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Azərbaycandakı dini konfessiyalar ABŞ Prezidentinə məktub ünvanlayıb [xfvalue_red]

18 Şub, 25 - 10:42

Azərbaycandakı dini konfessiyalar ABŞ Prezidentinə məktub ünvanlayıb

 
Azərbaycandakı dini konfessiyalar ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayıblar.

Məktubda deyilir:

"Azərbaycanın dini icmaları adından Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti kimi fəaliyyətinizin uğurlu başlaması münasibətilə səmimi təbriklərimizi çatdırmaq bizim üçün böyük imtiyaz və şərəfdir. Bu ali vəzifənizdə Sizə ən xoş arzularımızı, həmçinin bu ali vəzifəni Sizə etibar edən Amerika xalqına davamlı firavanlıq və rifah diləklərimizi bildiririk.

Müxtəlif dinlərə mənsub insanların tarixən sülh və harmoniya şəraitində birgə yaşayan Azərbaycanın dini liderləri olaraq, biz də bu fürsətdən istifadə edərək, Sizin Birləşmiş Ştatlarda ənənəvi dəyərlərin və dini etiqad azadlığının qorunması məsələlərinə sarsılmaz sadiqliyinizə görə öz dərin minnətdarlığımızı bildiririk. Sizin din, ailə və əxlaq prinsiplərinə qəti sadiqliyiniz bütün dünyada milyonlarla insana ümid işığı tutur, yenidən mənəvi dəyərlərin və əxlaqi bütövlüyün təşviq edilməsinə xidmət edir.

Vətənimiz Azərbaycan dünyada dini və mədəni müxtəlifliyin mənəvi sərvət kimi qəbul edildiyi nadir məkanlardan biridir. Biz fəxr edirik ki, dünyanın bir çox yerində islamofobiya, antixristianlıq və antisemitizm kimi etnik, dini və irqi ayrı-seçkiliyin artdığı bir vaxtda Azərbaycan müsəlmanların, xristianların, yəhudilərin və digər din ardıcıllarının həmişə harmoniya və firavanlıq şəraitində yaşadıqları bir nümunə kimi çıxış edir.

Azərbaycanda mədəniyyət ocaqları ilə yanaşı məscidlər, kilsələr və sinaqoqlar yan-yana fəaliyyət göstərir. Dövlətimiz bütün dini icmalar üçün bərabər şərait yaradır, onların dini qurumlarını qayğı və himayə ilə dəstəkləyir, onlara mütəmadi olaraq maddi və mənəvi yardım göstərir, ölkənin ictimai həyatında fəal iştirakına təminat verir.

Müxtəlifliyin zəngin irsini qoruyub saxlayan, dini azadlıqları dəstəkləyən, qlobal dinlərarası dialoqda fəal iştirak edən Azərbaycan qlobal sülhə mühüm töhfə verir və nümunə kimi çıxış edir.

Bu dini harmoniyanın xüsusi diqqətə layiq nümunəsi əsrlər boyu təqib və ya ayrı-seçkilikdən azad bir mühitdə inkişaf edən Azərbaycanın yəhudi icmasıdır. Quba rayonundakı tarixi Qırmızı Qəsəbə müsəlman dünyasındakı ən qədim və ən böyük yəhudi icmalarından birinin məskənidir. Burada fəaliyyət göstərən sinaqoqlar, məktəblər və mədəniyyət mərkəzləri ilə bu məkan Azərbaycanın dini azadlıqlara sarsılmaz sadiqliyinin sübutudur. Bununla yanaşı, Azərbaycan hökuməti xristian və yəhudi dini qurumlarına böyük dəstək verir, onların Azərbaycanın vətəndaş və ictimai həyatında fəal iştirakını təmin edir.

Sizin Ağ Evin İnam Ofisini yaratmaq və keşiş Paula Uayt-Keyni baş məsləhətçi vəzifəsinə təyin etmək qərarınız imanı idarəçilik və ictimai həyata inteqrasiya etmək üçün güclü öhdəliyi əks etdirir. Onun dini etiqad azadlığı, humanitar hüquqlar və mənəvi dəyərlərin müdafiəsində liderliyi Azərbaycanda üstün tutduğumuz prinsiplərə uyğundur.

Biz qarşılıqlı anlaşma və ortaq dəyərləri təşviq etmək üçün Birləşmiş Ştatlardakı liderlər və təşkilatlarla əlaqə qurmağı səbirsizliklə gözləyirik. Ümidvarıq ki, Sizin rəhbərliyiniz altında bütün dünyada dinə əsaslanan icmalar möhkəmlənməkdə, dini azadlıqlar qorunub saxlanmaqda davam edəcək.

Bir daha səylərinizə görə dərin minnətdarlığımızı bildiririk. Qoy, Sizin prezidentlik dövrünüz hamı üçün birlik, mənəvi möhkəmlik və rifahın möhkəmləndirilməsində davamlı uğurlarla əlamətdar olsun.

Ən yüksək hörmət və xeyir-dualarla,

Şeyxülislam Allahşükür Paşazadə

Qafqazın baş müftisi

Aleksiy

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yepiskopu

Vladimir Fekete

Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekti

Milix Yevdayev

Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri

Aleksandr Şarovski

Bakıdakı Avropa Yəhudi İcmasının rəhbəri

Robert Mobili

Alban-Udi Xristian Dini İcmasının sədri

Zamir İsayev

Bakıdakı Yəhudi Sefardi Dini İcmasının rəhbəri”.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Azərbaycan Prezidenti Donald Trampı təbrik edib
backend
Azərbaycandakı dini qurumlara maliyyə yardımı ayrılıb - SƏRƏNCAM
backend
Azərbaycan və Malayziya liderləri arasında məktub mübadiləsi olub
backend
İlham Əliyev Roma Papasını təbrik etdi
backend
İlham Əliyev BƏƏ Prezidentini təbrik etdi
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 321

XƏBƏR LENTİ

Məleykə Abbaszadə BDU-nun rektoru təyin edildi – Dosyesi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2119 Kas
Azərbaycanda zəlzələ baş verdi – Yeraltı təkanların maqnitudası açıqlandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1619 Kas
Elçin Babayev BDU-nun rektoru vəzifəsindən azad edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1119 Kas
Azərbaycan XİN-dən Fransaya sərt cavab: “İddialar tamamilə qəbuledilməzdir” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0319 Kas
Suaresdən Neymarın PSJ-yə transferi ilə bağlı açıqlama: Messi ilə birlikdə onu fikrindən daşındırmağa çalışmışıq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5919 Kas
Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5319 Kas
Qazaxda dəhşətli qəza: Üç nəfər həyatını itirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4919 Kas
Ərdoğan açıqladı: Türkiyədə fond bazarı böhranı ilə bağlı 136 nəfər həbs edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4419 Kas
İlham Əliyev Oman Sultanını milli bayram münasibətilə təbrik edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3719 Kas
Sumqayıt bulvarında 20 yaşlı gənc dənizdə batıb – Axtarışlar aparılır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3019 Kas
Gürcüstanda 31 yaşlı azərbaycanlı faciəli şəkildə həyatını itirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1718 Kas
Cəlilabadda bələdiyyə sədri qəfil vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1118 Kas
Salyanda ağır yol qəzası: 89 yaşlı kişi avtomobilin altında qalaraq ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0918 Kas
Bakı Ağır Cinayətlər Məhkəməsinin tanınmış hakimi təqaüdə göndərilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0518 Kas
Bakıda dəhşətli qətl: Qardaş bacısını bıçaqlayaraq öldürüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0118 Kas
Azərbaycanda birinci kurs tələbəsi vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5918 Kas
Tanınmış jurnalist İlhamə Məhəmmədqızı binanın 3-cü mərtəbəsindən yıxılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1218 Kas
Təhsilə bağlılıq, rəhbərlik məsuliyyəti və maarifçilik missiyası – Xədicə Ələkbərova [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3918 Kas
Təhsilin inkişafına xidmət edən rəhbər, maarifçilik missiyasına sadiq ziyalı – Namiq Kərimov [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0818 Kas
Təhsilə sədaqət, rəhbərlikdə məsuliyyət və gələcəyə xidmət – Anar Əliyev nümunəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5618 Kas
Neftçalada ev sahibini hədələyərək 11 min manat aldılar – İki nəfər saxlanıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2817 Kas
Putinin Kuşnerlə görüşündə gərgin anlar: Tərcüməçi tərcümə zamanı masaya zərbə vurdu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2617 Kas
Sumqayıtda faciəli hadisə: Kişi pilləkəndən yıxılaraq həyatını itirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1817 Kas
Böyük Qayıdış davam edir: Dörd yaşayış məntəqəsinə köç olacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1217 Kas
Xaçmazda dəhşətli yanğın: 90 yaşlı qadın həyatını itirdi – Sakinlər məsafə problemindən narazıdır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0317 Kas
17 Noyabr – Milli Dirçəliş Günü: Azərbaycan xalqının azadlıq iradəsinin və milli birliyinin təntənəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5917 Kas
Şəmkirdə evdən iki nəfərin meyiti tapıldı – BİRİ KİŞİ, DİGƏRİ QADINDIR [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4817 Kas
Orduda xidmət etmək istəyən yüksək bilikli gənclər üçün yeni imkanlar – İntellektual bölmələrin əhatə dairəsi genişləndirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4117 Kas
Bakı Şəhər İcra Hakimiyyətində struktur dəyişiklikləri və yeni təyinatlar – RƏSMİ [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3817 Kas
Şəmkirin Abbaslı kəndində məktəbəqədər təhsilə sevgi və fədakarlıq nümunəsi – Müdrə Lalə Verdiyeva [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0217 Kas
Azərbaycan beynəlxalq arenada mühüm uğura imza atdı – BTİ Şurasına üzv seçildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:4516 Kas
İnternet provayderləri ilə bağlı yeni tələblər müəyyənləşdirildi – Nazirlər Kabinetindən QƏRAR [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:4016 Kas
2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsi keçiriləcək – 1 milyon manat ayrıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:1216 Kas
Prezident Xəzər dənizinin sahilboyu əraziləri ilə bağlı Fərman imzaladı – Səlahiyyətlər Əmlak Məsələləri Dövlət Xidmətinə verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4616 Kas
Dövlət qulluqçusunun 3 dəfədən artıq rotasiya olunmasına yol verilməyəcək – YENİ QAYDA [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4416 Kas
Dövlət qulluğuna qəbulda müsahibə iki mərhələdən ibarət olacaq – YENİLİK [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4016 Kas
Dövlət qulluqçularının pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3416 Kas
Bakıda metroda ölüm hadisəsi: 68 yaşlı kişi qatarda vəfat etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2816 Kas
Azərbaycanda daha bir vəkil həbs edildi – 3 aylıq həbs qətimkan tədbiri seçildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2316 Kas
Prezidentdən radio və televiziya işçilərinə təbrik [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1216 Kas
Azərbaycanda tanınmış həkim vəfat etdi – TƏBİBİ İTKİ [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
22:4215 Kas
Qara dənizdə üç ticarət gəmisi PUA hücumuna məruz qaldı – İki F-16 havaya qaldırıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
22:3915 Kas
“Mossad” Trampın həyatına sui-qəsd təhlükəsi barədə ABŞ-yə xəbərdarlıq edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:5415 Kas
“Mossad” Trampın həyatına sui-qəsd təhlükəsi barədə ABŞ-yə xəbərdarlıq edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:4615 Kas
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə